Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Əfqanıstanla Pakistan arasında silahlı toqquşma baş verib.
Atışma iki ölkənin sərhədində yerləşən və uzun illərdir mübahisəli ərazi hesab edilən Bəhramça məntəqəsində qeydə alınıb.
Məlumata görə, Əfqanıstan tərəfi Şimali Vəziristan əyalətindəki sərhəd-keçid məntəqəsini tutmaq üçün hücuma keçib.
Sərhəd döyüşləri zamanı 4 pakistanlı hərbçi həlak olub, hücuma keçən qruplaşmanın 6 silahlısı zərərsizləşdirilib.
Əfqanıstanla Pakistan arasında nələr baş verir? Böyük müharibə başlaya bilərmi?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Əfqanıstanla Pakistan arasında zaman-zaman sərhəd toqquşmaları baş verir: “Yəni bu, yeni və gözlənilməz hadisə deyil.
İki ölkənin sərhəd bölgələrində qaçaqmalçılıq, radikal silahlı qruplaşmaların fəaliyyəti və bəzən də sərhədin dəqiq delimitasiya edilməməsi bu cür insidentlərə səbəb olur.
Bu kimi hallarda atışmaların baş verməsi artıq illərin təcrübəsidir.