Icma.az
close
up
RU
Daha bir ölkə Pakistana hücuma keçdi Yeni müharibə başlayır?

Daha bir ölkə Pakistana hücuma keçdi Yeni müharibə başlayır?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Əfqanıstanla Pakistan arasında silahlı toqquşma baş verib. Atışma iki ölkənin sərhədində yerləşən və uzun illərdir mübahisəli ərazi hesab edilən Bəhramça məntəqəsində qeydə alınıb. Məlumata görə, Əfqanıstan tərəfi Şimali Vəziristan əyalətindəki sərhəd-keçid məntəqəsini tutmaq üçün hücuma keçib. Sərhəd döyüşləri zamanı 4 pakistanlı hərbçi həlak olub, hücuma keçən qruplaşmanın 6 silahlısı zərərsizləşdirilib.

Əfqanıstanla Pakistan arasında nələr baş verir? Böyük müharibə başlaya bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Əfqanıstanla Pakistan arasında zaman-zaman sərhəd toqquşmaları baş verir:

“Yəni bu, yeni və gözlənilməz hadisə deyil. İki ölkənin sərhəd bölgələrində qaçaqmalçılıq, radikal silahlı qruplaşmaların fəaliyyəti və bəzən də sərhədin dəqiq delimitasiya edilməməsi bu cür insidentlərə səbəb olur. Bu kimi hallarda atışmaların baş verməsi artıq illərin təcrübəsidir.

Pakistanla Əfqanıstan arasında sərhəd – Dürand xətti – 1893-cü ildə çəkilib və bu, hələ də Əfqanıstan tərəfindən rəsmi olaraq tanınmır. Məhz bu hüquqi qeyri-müəyyənlik də zaman-zaman hərbi gərginliklərə zəmin yaradır”.

Politoloq hesab edir ki, Pakistanla Əfqanıstan arasında fundamental və dərin siyasi problem yoxdur:

“Əksinə, münasibətlər son illər ərzində bir sıra sahələrdə yaxınlaşıb. Lakin terrorla mübarizə hər iki ölkənin ortaq və davamlı problemidir. Əfqanıstanda fəaliyyət göstərən radikal-terrorçu qruplar zaman-zaman Pakistana sızmağa, orada fəaliyyət göstərməyə cəhd edirlər. Bu isə ciddi narahatlıq doğurur.

Pakistan Silahlı Qüvvələri xüsusilə Tehrik-i-Taliban Pakistan (TTP) kimi radikal qruplara qarşı 2021-ci ildən bəri artan miqyasda hərbi əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar bəzən sərhəddə yerləşən Əfqanıstan ərazilərinə də sıçrayır”.

O.Qasımovun fikrincə, bu kimi qarşıdurmaların genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı son dərəcə aşağıdır:

“İki ölkə arasında diplomatik kanallar daim açıqdır və həm İslamabad, həm də Kabil tərəfi bu cür lokal insidentlərin geniş konfliktə çevrilməsinin qarşısını almaqda maraqlıdır. Əksinə, zaman-zaman birgə hərbi əməliyyatların keçirilməsi bu əməkdaşlığın göstəricisidir.

Pakistan və Əfqanıstan bölgədəki sabitlik üçün əsas aktorlardan hesab olunur. Bu iki ölkə arasında əlaqələrin sağlam platformada davam etməsi yalnız region üçün deyil, beynəlxalq təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 May 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri