Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir. 5 yaşlı Yağmur Şirinova ağır dərəcəli kifoz xəstəliyindən əziyyət çəkir.
Artıq bir neçə aydır ki, müalicə olunan Yağmurun səhhətində ciddi problemlər yaranmağa başlayıb.
Bu yaxınlarda bir övladını itirmiş ailənin maddi durumu isə çox pisdir.
Ailənin hazırkı gəliri Yağmurun müalicə xərclərini qarşılamağa yetmir.Yağmurun anası Şirinova Səbinə Əjdər qızı “AzPolitika”-ya müraciətində bildirib ki, ağır xəstəlikdən vəfat edən övladının illərlə davam edən müalicəsindən sonra ailənin maddi durumu xeyli aşağı düşüb:“Mənim iki övladım var idi.
Atam, anam, ailəm yanımda idi. Biz çox gözəl həyat yaşayırdıq. Lakin günlərin birində 2 yaşlı oğlumda qan xərçəngi xəstəliyi aşkarlandı.
Həmin vaxtdan övladımın həyata tutuna bilməsi, yaşamını davam etdirməsi üçün bütün imkanlarımızı səfərbər etdik.
6 il Azərbaycanda müalicə alsa da, səhhətində hər hansı müsbət bir dəyişiklik olmadı.
Nihatın müalicəsi üçün evimizi, həyat yoldaşımın avtomobilini satdıq, qohum-əqrabadan borc aldıq, yardımlar topladıq və onu Türkiyənin Antalya şəhərində yerləşən “Medical” xəstəxanasına apardıq.