Icma.az
close
up
RU
“Daha bir övladımı itirmək istəmirəm...” Çarəsiz vəziyyətdə qalan ailənin köməyə ehtiyacı var + FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

“Daha bir övladımı itirmək istəmirəm...” Çarəsiz vəziyyətdə qalan ailənin köməyə ehtiyacı var + FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

5 yaşlı Yağmur Şirinova ağır dərəcəli kifoz xəstəliyindən əziyyət çəkir. Artıq bir neçə aydır ki, müalicə olunan Yağmurun səhhətində ciddi problemlər yaranmağa başlayıb. Bu yaxınlarda bir övladını itirmiş ailənin maddi durumu isə çox pisdir. Ailənin hazırkı gəliri Yağmurun müalicə xərclərini qarşılamağa yetmir.

Yağmurun anası Şirinova Səbinə Əjdər qızı “AzPolitika”-ya müraciətində bildirib ki, ağır xəstəlikdən vəfat edən övladının illərlə davam edən müalicəsindən sonra ailənin maddi durumu xeyli aşağı düşüb:“Mənim iki övladım var idi. Atam, anam, ailəm yanımda idi. Biz çox gözəl həyat yaşayırdıq. Lakin günlərin birində 2 yaşlı oğlumda qan xərçəngi xəstəliyi aşkarlandı. Həmin vaxtdan övladımın həyata tutuna bilməsi, yaşamını davam etdirməsi üçün bütün imkanlarımızı səfərbər etdik. 6 il Azərbaycanda müalicə alsa da, səhhətində hər hansı müsbət bir dəyişiklik olmadı. Nihatın müalicəsi üçün evimizi, həyat yoldaşımın avtomobilini satdıq, qohum-əqrabadan borc aldıq, yardımlar topladıq və onu Türkiyənin Antalya şəhərində yerləşən “Medical” xəstəxanasına apardıq. Burada bir müddət müalicə olunan övladım bütün səylərimizə baxmayaraq 8 yaşında gözlərini dünyaya əbədi olaraq yumdu. Təəssüflər olsun ki, ailməzin Nihat üçün apardığı bu çətin, əzab-əziyyətli, keşməkeşli mübarizə xoş sonluqla bitmədi...

Nihatın ölümündən az bir müddət sonra isə anamı itirdim. Polis orqanlarında çalışan atam 3 dəfə infarkt keçirdi və yataq xəstəsi oldu. Eyni anda bu qədər itkilər vermək həm ailəmizi, həm də məni çox dərindən sarsıtdı. Hazırda psixoloji problemlərimə görə, mən özüm də müalicə alır, dərmanlar qəbul edirəm. 5 yaşlı qızım Yağmurun da müalicəyə ehtiyacı var. Ancaq həm maddi, həm də mənəvi cəhətdən tükənmiş vəziyyətdə olan ailəmizin Yağmurun müalicəsinə gücü çatmır. Artıq bizim heçnəyimiz qalmayıb. Kirayədə yaşayırıq, həyat yoldaşım da fəhlədir. Heç bir yerdən əlavə gəlirimiz yoxdur. Dövlətdən də maddi yardım almırıq”.

S. Şirinova övladının müalicəsini qarşılamaqda çətinlik çəkdiklərini bildirir:“Övladımda üçüncü dərəcəli kifoz aşkarlanıb. Həkimlərin dediyinə görə, bu, xəstəliyin ağır mərhələsi hesab olunur. Dördüncü dərəcədə artıq əməliyyat şərt olacaq. Bu, olduqca bahalı və riskli bir əməliyyatdır. Xəstəliyin irəliləməməsi üçün Yağmurun davamlı müalicəyə ehtiyacı var. Hazırda tok, idman və masajla müalicə olunur. Bütün bunlara 15 gün ərzində 900 manat pul ödəyirik. Mən bir övladını itirmiş ana kimi, imkanlı şəxslərə üz tutaraq onlardan yardım istəyirəm. Xahiş edirəm ki, övladımın müalicəsində bizə kömək etsinlər. Hazırda Yağmurun sizlərdən gələcək maddi yardımlara böyük ehtiyacı var. Çarəsiz vəziyyətdə qalmışıq. Yardımsevər insanlardan bizi anlamalarını xahiş edirəm. Bir övladımı itirmişəm, daha bir övladımı da itirmək istəmirəm...".

“AzPolitika.info”

Kart nömrəsi: 5243 7544 4153 4102 (Unibank)

Əlaqə: 077-397-24-77

“AzPolitika.info”







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri