Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq. Redaksiyamıza müraciət edən Nurəddin Babayev adlı şəxs Ali Məhkəmədə şöbə müdiri işləyən R
KONKRET.az xəbər verir ki, iddiasında Nurəddin Babayev atası Əvəz Babayevlə birlikdə Ruhin Yolçuyevə 11 min dollar pul verdiyini bildirib.
İddiaçı şəxsin dediyinə görə, həmin məbləği 2023-cü ildə Ali Məhkəmənin inzibati binasının yanında Ruhin Yolçuyevə mərhum atası ilə birgə verib.
Pulun verilmə səbəbi isə Avropa Məhkəməsinin ekspertiza rəyinin Əvəz Babayevin xeyrinə dəyişdirilməsi vədi olub.
Belə ki, mərhum Əvəz Babayevlə Gəncə şəhər İcra Hakimiyyəti arasında torpaq çəkişməsi yaşanıb.
“Torpağın İcra hakimiyyəti tərəfindən zəbt olunması faktı ilə bağlı məhkəməyə müraciət edib qalib gəlmişik.
Ancaq çıxarılan qərardan və konpensasiyadan narazı qaldığımız üçün Avropa Məhkəməsinə müraciət etmişik.
Həmin vaxt isə atam Əvəz Babayev vəkili olmuş Ruhin Yolçuyevə 11 min dollar pul verib.