Icma.az
close
up
RU
Daha bir rüşvət iddiası: “Məndən 11 min dollar aldı və vəd verdi ki…” KONKRET

Daha bir rüşvət iddiası: “Məndən 11 min dollar aldı və vəd verdi ki…” KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Redaksiyamıza müraciət edən Nurəddin Babayev adlı şəxs Ali Məhkəmədə şöbə müdiri işləyən Ruhin Yolçuyev haqqında müxtəlif iddialar səsləndirib.

KONKRET.az xəbər verir ki, iddiasında Nurəddin Babayev atası Əvəz Babayevlə birlikdə Ruhin Yolçuyevə 11 min dollar pul verdiyini bildirib.

İddiaçı şəxsin dediyinə görə, həmin məbləği 2023-cü ildə Ali Məhkəmənin inzibati binasının yanında Ruhin Yolçuyevə mərhum atası ilə birgə verib. Pulun verilmə səbəbi isə Avropa Məhkəməsinin ekspertiza rəyinin Əvəz Babayevin xeyrinə dəyişdirilməsi vədi olub. Belə ki, mərhum Əvəz Babayevlə Gəncə şəhər İcra Hakimiyyəti arasında torpaq çəkişməsi yaşanıb.

“Torpağın İcra hakimiyyəti tərəfindən zəbt olunması faktı ilə bağlı məhkəməyə müraciət edib qalib gəlmişik. Ancaq çıxarılan qərardan və konpensasiyadan narazı qaldığımız üçün Avropa Məhkəməsinə müraciət etmişik. Həmin vaxt isə atam Əvəz Babayev vəkili olmuş Ruhin Yolçuyevə 11 min dollar pul verib. O isə bizə Avropa məhkəməsinin ekspertiza rəyini leyhimizə dəyişdirəcəyinə dair söz verib. Amma Sonradan öyrəndik ki, Avropa Məhkəməsi başqa ölkələrdəki məhkəmə proseslərinə müdaxilə etmək səlahiyyətində deyil. Atam rəhmətə gedəndən sonra Ruhin Yolçuyevə zəng vurub pulumu tələb etdim. O isə cavabında pul almadığını dedi. Mən isə Ali Məhkəməyə şikayət etdim. Ancaq şikayətimə baxıldığını və iddiamın təsdiqini tapmadığını bildirdilər. Mən də əlacsız qalıb Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişəm. Hazırda şikayətimə baxılır və heç bir narazılığım yoxdur. Ancaq hələlik pulumu geri ala bilməmişəm”, – iddiaçı Nuraddin Babayev vurğulayıb.

İddiaçı əlavə edib ki, atası 9 ay öncə rəhmətə gedəndən sonra Ruhin Yolçuyev və digər iki vəkil (Aqil Lahıc və Pərviz Zalışov) ortalığa sənəd çıxararaq aldıqları konpensasiyanın 20 faizinin onlara çatacağını deyiblər. Bununla razılaşmadığım üçün mənə qarşı belə kampaniya başladılıb.

Qeyd edək ki, 11 min dollar pul aldığı və Ali Məhkəmədə şöbə müdiri işlədiyi iddia edilən Ruhin Yolçuyevlə əlaqə saxlayaraq onun cavab haqqını tanımağa çalışdıq. Telefon zəngimizə cavab verən Ruhin Yolçuyevin nəzərinə haqqında səsləndirilən iddiaları çatdıraraq cavab verməsini xahiş etdik. Onun cavabı isə çox qısa oldu: “Siz soruşmalısınız ki, mən bu iddialarla bağlı Kütləvi İnformasiya Vasitələrinə cavab vermək istəyirəm, ya yox. Mən sizə cavab verməkdən imtina edirəm, əlavə sual verməyin, yəqin ki, cavabım sizə aydındır. Mən “yox” deyirəm”.

Natiq Səlim

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:340
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Fevral 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri