Daha iki meydanvə otel kompleksinin inşasını nəzərdə tuturuq Ehtiram Quliyev | Icma.az
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün “Turan Tovuz”un Kürdəxanı qəsəbəsində inşası davam edən “Hünər” təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, ümumi sahəsi 5 hektardan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə yanaşı daha 2 təbii örtüklü meydança salınacaq.
İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana, suvarma sistemi ilə təmin olunub.
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Hünər” Təlim-Məşq Bazasının açılış mərasimində jurnalistlərə açıqlama verib: “Bu gün futbol ictimaiyyəti, xüsusən də “Turan Tovuz” azarkeşləri və əməkçiləri üçün əlamətdar gündür.
“Hünər” Təlim Məşq Bazası komandamızın nailiyyətləri üçün çox önəmli mərhələdir.
Təbii ot örtüklü meydançada məşq etmək, oyunlara hazırlaşa bilmək komandanın işini bir az da asanlaşdıracaq.
Beş hektarlıq ərazidə daha iki meydan və otel kompleksinin inşasını nəzərdə tuturuq.
Tam oxu
Xəbəri oxu