Icma.az
close
up
RU
Daha iki meydanvə otel kompleksinin inşasını nəzərdə tuturuq Ehtiram Quliyev

Daha iki meydanvə otel kompleksinin inşasını nəzərdə tuturuq Ehtiram Quliyev

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün “Turan Tovuz”un Kürdəxanı qəsəbəsində inşası davam edən “Hünər” təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, ümumi sahəsi 5 hektardan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə yanaşı daha 2 təbii örtüklü meydança salınacaq.

İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana, suvarma sistemi ilə təmin olunub.

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Hünər” Təlim-Məşq Bazasının açılış mərasimində jurnalistlərə açıqlama verib:

“Bu gün futbol ictimaiyyəti, xüsusən də “Turan Tovuz” azarkeşləri və əməkçiləri üçün əlamətdar gündür. “Hünər” Təlim Məşq Bazası komandamızın nailiyyətləri üçün çox önəmli mərhələdir. Təbii ot örtüklü meydançada məşq etmək, oyunlara hazırlaşa bilmək komandanın işini bir az da asanlaşdıracaq. Beş hektarlıq ərazidə daha iki meydan və otel kompleksinin inşasını nəzərdə tuturuq. Baza “Hünər qrup”a məxsus ərazidə “Hünər Qrup” tərəfindən inşa edilib və “Turan Turan”un istismarına veriləcək. Bunu gələcəkdəki xərclərə qənaət etmək nöqteyi nəzərindən bir mərhələ olaraq görürük. “Turan Tovuz” futbol klubu olaraq oturub fikirləşdik ki, keçici nailiyyətlərə yox, məhz struktur nailiyyətlərinə önəm verməliyik. Bu yay Tovuzda da meydançaların salınmasına başlayacağıq. İdman mediası tərəfindən bu qədər geniş diqqət bizi xüsusən sevindirir”.

O, bazanın Azərbaycan Premyer Liqasının digər klublarının istifadəsinə verilə biləcəyini istisna etməyib: “İlkin mərhələdə nəzərdə tutmuruq. Daha iki meydança və otel kompleksi inşa olunandan sonra burada əməkdaşlar işləyəcək. Bu da klub üçün ciddi maliyyə yüküdür. Buranın özü özünün istismar xərclərinin çıxarması üçün digər klublara da icarəyə verəcəyik. Amma digər meydançaların inşasından sonra. Düşünürəm ki, digər klublar da bu imkanlardan faydalanacaqlar”.

Klub rəhbəri əsas komandanın Kürdəxanıda məskunlaşıb oyundan-oyuna Tovuza getməsi fikrini təkzib edib. O, gələcəkdə bölgədəki stadionun ot örtüyünün dəyişdirilməsi planından da söz açıb:

“Yox, komanda Tovuzda oyundan-oyuna görünməyəcək. Haqlı olaraq belə sualınız ola bilər ki, meydançanı burada salmaqdansa Tovuzda niyə salmadıq? Elə deyil. Oradakı əsas meydançanın ot örtüyü sünidir, bütün yaş qruplarından ibarət komandalarımız məşq edir. Tovuzdakı meydançanı dəyişsək, artıq yaş qruplarından ibarət komandaları ora buraxa bilməyəcəyik. Bir neçəsi lazımdır ki, buna da şirkətin maddi gücü imkan vermir. Amma yay aylarından etibarən həmin infrastruktur layihələrə başlayacağıq. Layihə bitdikdən sonra tamamilə orada olacağıq. İndi Tovuza gedib-gəlirik. Növbəti mövsümdən Premyer Liqaya üç bölgə klubu da əlavə olunacaq, bu da bizim Bakıda daha az vaxt keçirməyimizə səbəb olacaq. Mərhələli addımlarla bu işləri görməyə çalışacağıq”.

Quliyev Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi zamanı AFFA-dan dəstək istəməyəcəklərini qeyd edib: “Bu işlər şəxsi vəsaitimiz hesabına baş tutacaq. Vaxtımız yoxdur. AFFA-nın strateji planından sonra görəcəyi işlər çoxdur. Əvəllər federasiyaya belə müraciətimiz vardı. Amma strateji plandan sonra başa düşdük və belə qərara gəldik ki, daxili imkanlar hesabına bu işləri görməliyik”.

“Turan Tovuz”un rəhbəri akademiya ilə bağlı görülən işlərdən də danışıb: “Akademiyada 500-dək uşaq hazırda məşq edir. Onlardan təqribən 50-ni klubun bazasında saxlayırıq. Amma Ağstafa, Tovuzun bir neçə kəndində futbol akademiyaları açmışıq, fəaliyyətə başlayıblar. Biz özümüzü tək Tovuzun deyil, qərb bölgəsinin komandası kimi görürük. Nəinki qərbin, bütün Azərbaycanın komandasıyıq. Xalqın komandası addım-addım o mərhələyə gələcək”.

Ehtiram Quliyev “Turan Tovuz”un gələcək hədəflərindən də söz açıb:

“Turan Tovuz” komandasının yaxın 3 ildə hədəfi avrokuboklarda pley-off, mümkün olsa, qrup mərhələsinə vəsiqədən ibarət olacaq. Tovuzda əsas komanda üçün binanın açılışını etdik, indi də Kürdəxanıdakı meydançamızı istidadəyə verdik. Çox böyük vəsaitlər gedib. Bu xərci oyunçulara sərf edərək, çox asanlıqla nailiyyət əldə edə bilərdik. Amma biz o yolu seçmədik. Dayanıqlı inkişafla hədəflərimizə doğru addım-addım irəliləyəcəyik. Ümidvaram ki, yaxın 3 ildə planlarımızı gerçəkləşdirə biləcəyik”.

Quliyevin fikrincə, “Turan Tovuz” azarkeşlərinin bu qədər gözləməyə səbri çatacaq: “Onlar qalibiyyətdə də, məğlubiyyətdə də komandanın yanındadırlar, “Turan Tovuz”u təmənnasız sevirlər. Komandanın uzun müddət – 9 il Premyer Liqada iştirak etmədi, amma onların sevgisi azalmadı. Azarkeşlərimizin yanımızda olduğuna dair zərrə qədər də şübhəmiz yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://fanat.az
archiveBu xəbər 21 Aprel 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri