Dambrauskas: “Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər”

21.10.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Borussiya Dortmund"a qarşı mübarizəni yüksək qiymətləndirib.

“Yeni Sabah” xəbər verir ki, rəqibin səviyyəsini vurğulayan və yetirmələrinin oyunundan məmnundur:

"Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Bəzən yaxşı futbol oynaya bilərsən, lakin rəqibin gücündən çox şey asılıdır. Matç ərzində çox yaxşı qol vəziyyətləri yaratdıq, hücumda yaxşı çıxış etdik. Təəssüf ki, son nəticədə bacarmadıq. Futbolçularımla fəxr edirəm. Onlar çox gözəl oyun nümayiş etdirdilər". pizza mizza

Dambrauskas rəqibin üstünlüklərinə və qarşılaşmanın son dəqiqələrindəki həyəcana da toxunub:

"Borussiya" həqiqətən də çox güclü futbol nümayiş etdirdi. Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər. Lakin buna imkan vermədik. Hətta qarşılaşmanın sonlarında hesabı bərabərləşdirmək şanslarımız var idi. Rəqib Avropanın ən yaxşı komandalarından biridir. Bura Çempionlar Liqasıdır, oyunlar çox çətin keçir".

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью