Dambrauskas: “Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər”
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Borussiya Dortmund"a qarşı mübarizəni yüksək qiymətləndirib.
“Yeni Sabah” xəbər verir ki, rəqibin səviyyəsini vurğulayan və yetirmələrinin oyunundan məmnundur:
"Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Bəzən yaxşı futbol oynaya bilərsən, lakin rəqibin gücündən çox şey asılıdır. Matç ərzində çox yaxşı qol vəziyyətləri yaratdıq, hücumda yaxşı çıxış etdik. Təəssüf ki, son nəticədə bacarmadıq. Futbolçularımla fəxr edirəm. Onlar çox gözəl oyun nümayiş etdirdilər". pizza mizza
Dambrauskas rəqibin üstünlüklərinə və qarşılaşmanın son dəqiqələrindəki həyəcana da toxunub:
"Borussiya" həqiqətən də çox güclü futbol nümayiş etdirdi. Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər. Lakin buna imkan vermədik. Hətta qarşılaşmanın sonlarında hesabı bərabərləşdirmək şanslarımız var idi. Rəqib Avropanın ən yaxşı komandalarından biridir. Bura Çempionlar Liqasıdır, oyunlar çox çətin keçir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 21 Oktyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















