“Damcılı bulaq”, yoxsa “Şəlalə bulaq”? | Icma.az
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. Qazaxda nadir təbiət hadisəsi Son iki-üç gündə Qazaxdakı məşhur Damcılı bulağa gələnlə
Yüz illərdir min metr yüksəklikdən, qayalardan süzülüb damcı-damcı gələn bulaq birdən-birə şəlaləyə çevrilib.
Yəni “Damcılı bulaq” “Şəlalə bulaq” olub. Son günlərdə Qazaxda da yağışlar ara vermir.
Dağlardan süzülən sular birləşərək güclü axın əmələ gətirib və bu da gur bir şəlalə yaranmasına səbəb olub.
Yaşlı sakinlər bildirirlər ki, Damcılı bulağı heç vaxt belə görməyiblər.
Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən bulaqda baş verən nadir təbiət hadisəsinə baxmaq istəyənlər bura gəlir, füsunkar şəlaləyə baxırlar.
Çünki iki-üç il əvvəl keçən quraqlıq, yağıntıların azalması bu bulağa birbaşa təsir göstərmişdi.
Məlumat üçün qeyd edək ki, digər bulaqlardan fərqli olaraq Damcılı bulağı yerin təkindən deyil, qayalardan süzülərək tökülür.
Tam oxu
Xəbəri oxu