Icma.az
close
up
RU
Menu

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

“Damcılı bulaq”, yoxsa “Şəlalə bulaq”?

“Damcılı bulaq”, yoxsa “Şəlalə bulaq”?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Qazaxda nadir təbiət hadisəsi

Son iki-üç gündə Qazaxdakı məşhur Damcılı bulağa gələnlər qəribə hadisə ilə qarşılaşıblar. Yüz illərdir min metr yüksəklikdən, qayalardan süzülüb damcı-damcı gələn bulaq birdən-birə şəlaləyə çevrilib. Yəni “Damcılı bulaq” “Şəlalə bulaq” olub. 

Son günlərdə Qazaxda da yağışlar ara vermir. Dağlardan süzülən sular birləşərək güclü axın əmələ gətirib və bu da gur bir şəlalə yaranmasına səbəb olub. Yaşlı sakinlər bildirirlər ki, Damcılı bulağı heç vaxt belə görməyiblər.

Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən bulaqda baş verən nadir təbiət hadisəsinə baxmaq istəyənlər bura gəlir, füsunkar şəlaləyə baxırlar. Çünki iki-üç il əvvəl keçən quraqlıq, yağıntıların azalması bu bulağa birbaşa təsir göstərmişdi. Məlumat üçün qeyd edək ki, digər bulaqlardan fərqli olaraq Damcılı bulağı yerin təkindən deyil, qayalardan süzülərək tökülür. Vaxtilə bu yerlərdə gur sulu çaylar olub. Amma indi yoxdur. Ona görə də hazırda əsas su mənbəyi Damcılı bulağıdır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, təbii antropogen təsirlərlə bulağın suyunda nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. İndi, bu günlərdə, bulağın suyunun birdən-birə gur gəlməsi, şəlalələr yaranması insanları sevindirsə də, düşünməyə də vadar edib: “görəsən əvvəlki su kimi bumbuz, təmiz, dadlı olacaq?”

Damcılının çox qədim tarixi var və bu tarix daş dövrünə gedib çıxır. Bunu onun ətrafında yerləşən yüzlərlə mağara da sübut edir. Ərazidə alban məbədi də var.

“Axıb gəlsin hər qapıya Damcılının bulağı,
Cərgə-cərgə qatar vursun üzüm bağı, nar bağı.”

Xalq şairi Səməd Vurğunun nəzmə çəkdiyi bu sətirlərdə bir həqiqət də var ki, bulağın suyu vaxtilə gur olub, lap elə bu günlərdə yaranan şəlalələr kimi. Böyük şairimiz başqa bir yerdə Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb.

Əslində, Damcılı illər boyu yerli sakinlərin də, qonaqların da bir növ piknik məskəni, əsas istirahət yeri olub (şəkildə). Yay gələn kimi Avey dağının ətəyində yerləşən bulağa gələnlərin sayı-hesabı olmur. Adamlar nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcılarını ovuclarına yığır, “oxay...” deyib ləzzətlə içirlər. Bura gəlib evinə ən azı bir qab su aparmayana rast gəlmək ­qeyri-mümkündür.

...“Avey” Dövlət Qoruğunun Damcılı filialının müdiri Qafar Cəfərovla söhbət edirəm. Hiss olunur ki, bütün varlığı ilə təbiətin yaratdığı bu möcüzənin nəinki vurğunudur, həm də onun keşikçisidir.

– On beş ilə yaxındır burada işləyirəm, ilk dəfədir ki, belə bir hadisə ilə qarşılaşıram. Əslində əvvəllər də güclü yağışlar olanda bulağın suyu artırdı. Bu dəfə isə əməlli-başlı möcüzə oldu. Az qala bir kilometr yüksəklikdən tökülən sular möhtəşəm şəlalələr yaratdı. İndi hələ səngiyib. Birinci gün şəlalənin səsini eşidib az qala bütün Daşsalahlı kəndi (bulaq bu kəndin yaxınlığında yerləşir-H.Q.) belə bir mənzərəni izləmək üçün Damcılıya axışmışdı.

Qafar müəllim onu da əlavə etdi ki, bu suyun tərkibi dəfələrlə yoxlanılıb və saflığına görə heç bir su Damcılı bulağının suyuna çatmaz. Çünki süzülərək gəlir. Heç bir daşa töküb süzməyə ehtiyac yoxdur.

Filial direktoru “daş” deyəndə, Qazaxda düzəldilən su daşlarını nəzərdə tutur. Bu susüzənlər hər daşdan olmur. Onun da xüsusi ustaları, hətta sexlər var. Qaya parçalarından hazırlanan müxtəlif ölçülü susüzən daş qablar asanlıqla düzəldilmir. Dağlardan toplanan daşlar oyulur, içi su ilə doldurulub formaya salınır, sonra isə yonulur. Maraqlıdır ki, belə daşlar 15-20 litr suyu bir sutkaya tamamilə süzür və beləliklə, indi evlərin çoxunda olan filtləri onlardan da yaxşı əvəz edir.

Bu faktı ona görə qabarıq qeyd edirik ki, ən nəhəng su daşı elə Damcılı bulağının özüdür. Su görün neçə yüz metr məsafədən qayaların arası ilə süzülə-süzülə gəlir.

...Dağın ətəyindəyik. Şəlalələrin təzyiqi səngisə də bir-birimizi güclə eşidirik. Bir tərəfdən də, şəlalənin suyunu qayaların arasında sağa-sola çırpan külək...

Qazaxlıların fəxr etdikləri adlar, tarixi yerlər çoxdur. Damcılı bulağı, Göyəzən dağı, Didivan qalası... Şeirlə, sənətlə nəfəs alan qazaxlılar bu möcüzəli yerlərə şeirlər, dastanlar qoşublar, rəvayətlər söyləyiblər. Deyilənə görə, mərhum şair Hüseyn Arif Bakıda yaşayan qonşusunun ona dəfələrlə “məni Damcılıya apar” – təkidindən sonra doğma rayonuna qonaq aparır, yeyirlər, içirlər. Qonşusu heyran qalır. Sonralar hər dəfə “bir də nə vaxt gedək?” – deyib şairin zəhləsini tökəndə Hüseyn Arif qayıdır ki, “səhər tezdən bizdə ol, gedək”. Qonşu sevincək, əlində də çantası şairin evinə gəlir. Görür Hüseyn Arif heç yola çıxan adama oxşamır, o otağa keçir, bu otağa keçir. Qonşusunun həsrətlə ona baxdığını görən şair onun əlindən tutaraq otaqlardan birinə keçirir. Sən demə, neçə gün imiş yuxarıdakı mərtəbədən şairin mənzilinə su axırmış. Həmişə baməzə söhbətləri ilə seçilən Hüseyn Arif yuxarıdan damcı-damcı tökülən suyu qonşusuna göstərərək – “təsəvvür et ki, bura Damcılı bulağıdır, əyləş bax, indi tapşıraram sənə çay da gətirərlər” – deyir.

...Damcılıdan aralandıqca bir-birimizi daha aydın eşidirik. “Yayda qonağımız olun”, deyir, – burada adam əlindən tərpənmək olmur. Mahnı oxuyan kim, əl-ələ tutub “yallı” gedən kim, saz dilləndirən kim... Şeir də ki, iki qazaxlıdan biri mütləq bilir. İstəyirsiniz birini də mən deyim:

Avey dağı bir tarixdir əzəldən,
Yadigardır babaların izindən.
Damla-damla yaş axıdan gözündən,
Damcılı bulağa gəl, Qazaxdadır...

Bir anda şiddətlə göy guruldayır, şimşək çaxır. Qafar müəllim hər iki əlini gözlərinin üstünə tutub səmaya baxır, “deyəsən sabah yenə gur şəlalərimiz yaranacaq və dağlara səs salacaq...” – deyir.

Hamlet QASIMOV, 
XQ-nin bölgə müxbiri

Qazax rayonu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see246

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see231

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see180

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see180

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see176

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see176

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see172

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see171

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see165

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see165

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see164

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see163

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see161

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see159

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see158

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see151

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see149

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri