Danimarka Qrenlandiya və Arktikada hərbi kontingentini gücləndirir

14.01.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Danimarka Arktika və Qrenlandiyada hərbi kontingentini genişləndirib.


APA xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen məlumat verib.

Nazirin sözlərinə görə, qərar ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın müdafiəsinin zəif olması ilə bağlı səsləndirdiyi tənqidlər fonunda qəbul edilib.

“Qrenlandiyada hərbi mövcudluğumuzu gücləndirməyə davam edəcəyik. Eyni zamanda NATO çərçivəsində daha çox hərbi təlimlərin keçirilməsinə və Arktikada Alyansın mövcudluğunun artırılmasına diqqət yetirəcəyik”, – Poulsen bildirib.

Qeyd olunur ki, Kopenhagen bu qərarı ABŞ, Danimarka və Qrenlandiya rəsmilərinin iştirakı ilə Ağ Evdə keçiriləcək üçtərəfli görüş ərəfəsində elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью