Danimarka Qrenlandiya və Arktikada hərbi kontingentini gücləndirir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Danimarka Arktika və Qrenlandiyada hərbi kontingentini genişləndirib.
APA xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen məlumat verib.
Nazirin sözlərinə görə, qərar ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın müdafiəsinin zəif olması ilə bağlı səsləndirdiyi tənqidlər fonunda qəbul edilib.
“Qrenlandiyada hərbi mövcudluğumuzu gücləndirməyə davam edəcəyik. Eyni zamanda NATO çərçivəsində daha çox hərbi təlimlərin keçirilməsinə və Arktikada Alyansın mövcudluğunun artırılmasına diqqət yetirəcəyik”, – Poulsen bildirib.
Qeyd olunur ki, Kopenhagen bu qərarı ABŞ, Danimarka və Qrenlandiya rəsmilərinin iştirakı ilə Ağ Evdə keçiriləcək üçtərəfli görüş ərəfəsində elan edib.
Bu mövzuda digər xəbərlər:Danimarka Arktikada hərbi mövcudluğunu gücləndirəcək
28 Yanvar 2025 03:47
Rutte: NATO Arktikada təhlükəsizliyi Danimarka ilə gücləndirir
23 Yanvar 2026 13:52
Danimarka Trampa görə Arktikada hərbi gücünü artırır
28 Yanvar 2025 00:50
Danimarka XİN: Arktikada yeni təhlükəsizlik vəziyyəti yaranıb
15 Yanvar 2026 04:18
Qrenlandiya düyünü: Arktikada güc balansı necə dəyişir?
23 Yanvar 2026 10:13
Baxış sayı:121
Bu xəbər 14 Yanvar 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















