Danimarka səmasında 20 naməlum dron göründü

04.01.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Danimarka polisi Kopenhagendən təqribən 40 km aralıda yerləşən Köge limanı ərazisində 20-yə yaxın naməlum dronun görünməsi ilə bağlı xəbərləri araşdırır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının press-relizində deyilir.

Məlumata görə, hadisə şahidləri cümə günü axşam saatlarında səmada 20 PUA gördüklərini bildiriblər. Qeyd olunur ki, pilotsuz uçuş aparatları yüksək sürətlə suyun üzərində yoxa çıxıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda dronların haradan gəldiyi və nə üçün istifadə edildiyi barədə məlumatlara malik deyillər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью