Danimarka səmasında 20 naməlum dron göründü
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Danimarka polisi Kopenhagendən təqribən 40 km aralıda yerləşən Köge limanı ərazisində 20-yə yaxın naməlum dronun görünməsi ilə bağlı xəbərləri araşdırır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının press-relizində deyilir.
Məlumata görə, hadisə şahidləri cümə günü axşam saatlarında səmada 20 PUA gördüklərini bildiriblər. Qeyd olunur ki, pilotsuz uçuş aparatları yüksək sürətlə suyun üzərində yoxa çıxıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda dronların haradan gəldiyi və nə üçün istifadə edildiyi barədə məlumatlara malik deyillər.

Danimarka səmasında dronlar göründü: Hava limanı bağlandı
25 Sentyabr 2025 04:41
Danimarka polisi 20 naməlum dronla bağlı xəbərləri araşdırır Doğru Xəbərlər
04 Yanvar 2025 23:28
Gəncə səmasında naməlum obyekt göründü VİDEO
21 Yanvar 2025 17:21
Norveç səmasında yenə naməlum dronlar göründü
01 Oktyabr 2025 01:49
Danimarka üzərində yenə naməlum dronlar görünüb
25 Sentyabr 2025 12:25

