Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt Brüsseldə keçirilən görüşdə NATO-nun Baş katibi Mark Rütteyə alyansın Arktikada missiya yaratmasını təklif ediblər.
Redaktor.az "Ritzau" agentliyinə istinadən xəbər verir ki, bu barədə danimarkalı nazir danışıqlardan sonra jurnalistlərə deyib.
"Biz bunu təklif etdik və NATO-nun Baş katibi də bunu nəzərə aldı.
Ümid edirəm ki, bunun üçün çərçivə proqramı hazırlaya biləcəyik", – Poulsen qeyd edib.
Danimarkanın müdafiə naziri əlavə edib ki, Rütte nazirləri ətraflı şəkildə dinləyib.
"Düşünürəm ki, baş katib üzləşdiyimiz problemi tam şəkildə dərk edir", – siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, bu, NATO ilə bağlı məsələlərə də aiddir. ABŞ alyansın ən təsiredici üzvüdür.