Danimarkanın müdafiə naziri Rütteyə Arktikada NATO missiyası yaratmağı təklif ETDİ
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt Brüsseldə keçirilən görüşdə NATO-nun Baş katibi Mark Rütteyə alyansın Arktikada missiya yaratmasını təklif ediblər.
Redaktor.az "Ritzau" agentliyinə istinadən xəbər verir ki, bu barədə danimarkalı nazir danışıqlardan sonra jurnalistlərə deyib.
"Biz bunu təklif etdik və NATO-nun Baş katibi də bunu nəzərə aldı. Ümid edirəm ki, bunun üçün çərçivə proqramı hazırlaya biləcəyik", – Poulsen qeyd edib.
Danimarkanın müdafiə naziri əlavə edib ki, Rütte nazirləri ətraflı şəkildə dinləyib. "Düşünürəm ki, baş katib üzləşdiyimiz problemi tam şəkildə dərk edir", – siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, bu, NATO ilə bağlı məsələlərə də aiddir. ABŞ alyansın ən təsiredici üzvüdür.
"Əgər sabah ABŞ NATO-dan çıxsa, biz özümüz bunun öhdəsindən gəlməkdə böyük çətinliklərlə üzləşərik", – deyə Poulsen bildirib. O əlavə edib ki, Danimarka Qrenlandiya və Arktika məsələləri üzrə ABŞ ilə dialoqu davam etdirməyə çalışacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 20 Yanvar 2026 01:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















