Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq. Sabah Daşkənddə cüdo üzrə Dünya turunun növbəti yarışına start veriləcək.
Özbəkistanın paytaxtında keçiriləcək “Böyük Dəbilqə” turniri təqvimdə üçüncüdür və yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər.
Komandamızın heyəti kiçik olsa da, müəyyən dərəcədə medal gözləntiləri var.
İdman.biz xəbər verir ki, dünya cüdosunun yeni mövsümündə Paris və Bakıdan sonra növbə Daşkəndə çatıb.
Yarışda 23 ölkədən idmançılar medallar uğrunda mübarizə aparacaqlar.
Fevralın gərgin ilk yarısından sonra komandamızın məşqçilər korpusu Özbəkistan turniri üçün reytinq xallarına ehtiyacı olan idmançıları seçiblər.
Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) artıq Bakıdakı "Böyük Dəbilqə"də güclərini sınayıblar, Turan Bayramov (60 kq) üçün isə bu, mövsümün ilk startı olacaq.
Maraqlıdır ki, son dövrdə Daşkəndə səfərlər cüdoçularımıza ancaq bürünc mükafat qazandırıb.