Icma.az
close
up
RU
Daşkənddə fəxri kürsü üçün üç şans

Daşkənddə fəxri kürsü üçün üç şans

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Sabah Daşkənddə cüdo üzrə Dünya turunun növbəti yarışına start veriləcək. Özbəkistanın paytaxtında keçiriləcək “Böyük Dəbilqə” turniri təqvimdə üçüncüdür və yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər. Komandamızın heyəti kiçik olsa da, müəyyən dərəcədə medal gözləntiləri var.

İdman.biz xəbər verir ki, dünya cüdosunun yeni mövsümündə Paris və Bakıdan sonra növbə Daşkəndə çatıb.

Yarışda 23 ölkədən idmançılar medallar uğrunda mübarizə aparacaqlar.

Fevralın gərgin ilk yarısından sonra komandamızın məşqçilər korpusu Özbəkistan turniri üçün reytinq xallarına ehtiyacı olan idmançıları seçiblər. Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) artıq Bakıdakı "Böyük Dəbilqə"də güclərini sınayıblar, Turan Bayramov (60 kq) üçün isə bu, mövsümün ilk startı olacaq.

Maraqlıdır ki, son dövrdə Daşkəndə səfərlər cüdoçularımıza ancaq bürünc mükafat qazandırıb. Əgər keçən il turnir bizə medal gətirməyibsə, ondan əvvəlki il Əhməd Yusifov (60 kq) üçüncü yeri tutub. 2022-ci ildə orada Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) bürünc medal qazanmaları ilə əlamətdar olan dünya çempionatı keçirilib, 2021-ci ildə isə Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) Özbəkistanın paytaxtında "Böyük Dəbilqə"nin fəxri kürsüsünə qalxıblar.

Hazırkı yarışa o qədər də çox ölkə qatılmasa da, rəqabətin çox ciddi olacağı şübhə doğurmur. İlk növbədə, Olimpiadada bir qızıl və bir bürünc mükafat qazanan tatami sahiblərinin hesabına. Diora Keldiorovanın (52 kq) Parisdəki qələbəsi hələ də danışılır və Özbəkistan komandası öz ölkəsindəki yarışda ümumi hesabda qələbə uğrunda mübarizə apara bilər.

Yaponlar Daşkəndə maraqlı heyət göndəriblər. O, ulduzlar baxımından Bakı turnirindəki heyətdən geri qalsa da, bəzi adlar diqqəti cəlb edir. Məsələn, Sotaro Fucivara (81 kq) 2018-ci ildə Azərbaycanda keçirilən dünya çempionatında finala yüksəlib və həlledici görüşdə Səid Mollaiyə uduzub. Tokio Olimpiadasının çempionu Şori Hamada (78 kq) da "Böyük Dəbilqə"də mübarizə aparacaq.

Cüdoçularımız üçün Daşkənd turniri onların yeni qaydalara uyğunlaşmaları, reytinq xalları qazanmaları və fəxri kürsü atmosferini hiss etmələrinə kömək edə bilər. Yarışda həm Ağayev, həm Bayramov, həm də Nəcəfovun seçilmişlər statusunda çıxış edəcəklərini də nəzərdən qaçırmaq olmaz.

Zəki Feyzullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see671

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see363

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see221

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see200

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see188

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see176

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see173

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see173

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see169

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see168

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri