Daşları yerindən oynadacaq qərar: yeni dövlət yaranır ABŞ a müraciət edildi | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Afrika qitəsində yerləşən Somalilənd muxtar bölgəsinin rəhbərliyi ABŞ-dan dövlət kimi tanınmağı istəyib.
Bunun qarşılığında Vaşinqtona Somaliləndin Berbera limanı və aviabazasından icarə əsasında istifadə təklif edilib.
ABŞ Somalilendi dövlət kimi tanıya bilərmi? Bu baş versə hansı nəticələr doğuracaq?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Somalilend çox mühüm strateji mövqedə yerləşən bir ərazidir: “Dünyada rəsmi olaraq BMT tərəfindən Somalinin ərazisi kimi tanınsa da, uzun müddətdir ki, bölgədə öz hökuməti fəaliyyət göstərir və Somaliyə qarışmaq istəmir.
Güclü strateji mövqedə yerləşir – Ədən körfəzinin cənubundadır.
ABŞ-ın burada bazasının yerləşməsi, husilərlə ciddi problem yaşayan rəsmi Vaşinqton üçün mühüm amildir.
Yəmənin cənubu Ədən körfəzidir və bu körfəz Somalilənd ilə Yəmənin arasında yerləşir.
Tam oxu
Xəbəri oxu