Icma.az
close
up
RU
Daşları yerindən oynadacaq qərar: yeni dövlət yaranır ABŞ a müraciət edildi

Daşları yerindən oynadacaq qərar: yeni dövlət yaranır ABŞ a müraciət edildi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Afrika qitəsində yerləşən Somalilənd muxtar bölgəsinin rəhbərliyi ABŞ-dan dövlət kimi tanınmağı istəyib. Bunun qarşılığında Vaşinqtona Somaliləndin Berbera limanı və aviabazasından icarə əsasında istifadə təklif edilib.

ABŞ Somalilendi dövlət kimi tanıya bilərmi? Bu baş versə hansı nəticələr doğuracaq?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Somalilend çox mühüm strateji mövqedə yerləşən bir ərazidir:

“Dünyada rəsmi olaraq BMT tərəfindən Somalinin ərazisi kimi tanınsa da, uzun müddətdir ki, bölgədə öz hökuməti fəaliyyət göstərir və Somaliyə qarışmaq istəmir. Güclü strateji mövqedə yerləşir – Ədən körfəzinin cənubundadır. ABŞ-ın burada bazasının yerləşməsi, husilərlə ciddi problem yaşayan rəsmi Vaşinqton üçün mühüm amildir. Yəmənin cənubu Ədən körfəzidir və bu körfəz Somalilənd ilə Yəmənin arasında yerləşir. Belə olan halda ABŞ buradakı limanlar vasitəsilə husilərə qarşı ciddi təzyiq yarada bilər.

Somalilənd əlindəki bu fürsətdən istifadə edərək beynəlxalq birliyin diqqətini çəkməyə və öz müstəqilliyini tanıtmağa çalışır. Somali ilə müqayisədə Somaliləndin ərazisi aqrar məsələlər üçün nisbətən əlverişlidir. Ölkə eyni zamanda bir sıra mineral ehtiyatlarla zəngindir ki, bu da ABŞ-a onu bölgədə əsas müttəfiqə çevirməyə imkan verir”.

Zeynal Əmrəliyev

Politoloq qeyd edib ki, Vaşinqtonun bölgədəki əsas tərəfdaşlarından olan Efiopiyanın da Somaliləndlə münasibətləri xeyli güclənib:

“Bu ölkə Somalilənddə nümayəndəlik də açıb. Rəsmi olaraq tanınmasa da, nümayəndəlik vasitəsilə fəaliyyətini davam etdirir. Efiopiya bölgəyə sərmayə yatırır və bu isə Somali rəhbərliyinin kəskin etirazına səbəb olur.

Rəsmi Vaşinqton Efiopiya ilə razılaşma əsasında Somalilənddə möhkəmlənə bilər. Bu, gözlənilən faktdır. Eyni zamanda, Ədən körfəzinə nəzarəti də məhz Somalilənd vasitəsilə həyata keçirmək mümkündür. Somalilənd rəhbərliyi bu geosiyasi imkanların fərqindədir və müstəqilliklərini ABŞ vasitəsilə beynəlxalq birliyə qəbul etdirməyə çalışırlar”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri