Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib:
“Çingiz Qənizadə sentyabrın 18-də — məhkəmə bildirişinin imzalandığı gün — göndərdiyi teleqramla beş gün sonra keçiriləcək iclasda iştirak etməyəcəyini bildirib. Məhkəmə onun iştirakını təmin etmək məqsədilə iclası sentyabrın 28-nə təxirə salıb.
Müvəkkilimə qarşı aparıldığını bildirdiyimiz qarayaxma kampaniyasına hörmətli millət vəkilimiz Anatoli Rafailovun adının da məqsədli şəkildə cəlb edilməsinə dair sübutları müvəkkilimin adından məhkəmənin diqqətinə çatdırmışam.
İttihamımız konkret açıqlamalara və sübutlara əsaslanır. Məhkəmə baxışında həmin materialların araşdırılmasını və mübahisələndirdiyimiz əməllərə hüquqi qiymət verilməsini istəyirik”.
Newscenter-az