David Seliverstovun vəkili danışdı
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib:
“Çingiz Qənizadə sentyabrın 18-də — məhkəmə bildirişinin imzalandığı gün — göndərdiyi teleqramla beş gün sonra keçiriləcək iclasda iştirak etməyəcəyini bildirib. Məhkəmə onun iştirakını təmin etmək məqsədilə iclası sentyabrın 28-nə təxirə salıb.
Müvəkkilimə qarşı aparıldığını bildirdiyimiz qarayaxma kampaniyasına hörmətli millət vəkilimiz Anatoli Rafailovun adının da məqsədli şəkildə cəlb edilməsinə dair sübutları müvəkkilimin adından məhkəmənin diqqətinə çatdırmışam.
İttihamımız konkret açıqlamalara və sübutlara əsaslanır. Məhkəmə baxışında həmin materialların araşdırılmasını və mübahisələndirdiyimiz əməllərə hüquqi qiymət verilməsini istəyirik”.
Newscenter-az
Bu mövzuda digər xəbərlər:David Seliverstovun aldadıb 90 min aldığı şəxslər danışdı
04 Sentyabr 2026 15:48
Bu mübarizədə şərin deyil, David Seliverstovun yanındayam:Qazi atası
21 Avqust 2026 04:23
David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO
09 Avqust 2026 20:53
David Seliverstovun ictimai fəaliyyətində vətənpərvərlik dəyərlərinə hörmət və həssas təbəqələrə dəstək
12 Avqust 2026 14:02
David Vilya ÇLin mümkün qalibi haqda danışdı
06 Yanvar 2025 21:30
Baxış sayı:103
Bu xəbər 24 Sentyabr 2026 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















