Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq. Davos Dünya İqtisadi Forumu Azərbaycan üçün təkcə beynəlxalq tədbir deyil, ölkənin iqtisa
Forumun Azərbaycan iqtisadiyyatına qazandırdıqlarını bir neçə əsas istiqamətdə ümumiləşdirmək olar.
Bunu AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin forumda iştirakı beynəlxalq investisiya cəlbediciliyinin artmasına yol açır.
“Belə ki, Davos çərçivəsində keçirilən görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün daha tanınan və etibarlı tərəfdaş kimi təqdim edir.
Enerji, bərpaolunan mənbələr, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və sənaye zonaları üzrə layihələr investorların diqqətinə çatdırılır.
Bu isə uzunmüddətli xarici investisiyaların cəlb olunmasına real zəmin yaradır.
Bundan başqa, iqtisadi diplomatiyanın güclənməsinə şərait yaradır.