Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir ŞƏRH
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Davos Dünya İqtisadi Forumu Azərbaycan üçün təkcə beynəlxalq tədbir deyil, ölkənin iqtisadi maraqlarının qlobal səviyyədə təqdim olunduğu mühüm platformadır. Forumun Azərbaycan iqtisadiyyatına qazandırdıqlarını bir neçə əsas istiqamətdə ümumiləşdirmək olar.
Bunu AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin forumda iştirakı beynəlxalq investisiya cəlbediciliyinin artmasına yol açır.
“Belə ki, Davos çərçivəsində keçirilən görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün daha tanınan və etibarlı tərəfdaş kimi təqdim edir. Enerji, bərpaolunan mənbələr, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və sənaye zonaları üzrə layihələr investorların diqqətinə çatdırılır. Bu isə uzunmüddətli xarici investisiyaların cəlb olunmasına real zəmin yaradır.
Bundan başqa, iqtisadi diplomatiyanın güclənməsinə şərait yaradır. Forum dövlət başçıları, hökumət nümayəndələri və transmilli şirkətlərin rəhbərləri ilə birbaşa dialoq imkanı yaradır. Bu görüşlər zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə olunur, yeni iqtisadi tərəfdaşlıqların əsası qoyulur. Azərbaycan regional iqtisadi mərkəz kimi mövqeyini bu platformada daha da möhkəmləndirir. Azərbaycan Davosda etibarlı enerji təchizatçısı statusunu bir daha nümayiş etdirir. Eyni zamanda, yaşıl enerjiyə keçid, bərpaolunan enerji layihələri və enerji təhlükəsizliyi mövzularında təşəbbüslər ölkənin enerji strategiyasının müasir çağırışlara uyğun olduğunu göstərir. Bu, həm siyasi, həm də iqtisadi etimadı artırır. Forumda aparılan müzakirələrdə qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi və innovasiyayönümlü iqtisadiyyat əsas prioritet kimi təqdim olunur”, - deyə o bildirib.
Aqil Camalın sözlərinə görə, Davosda fəal iştirak Azərbaycanın sabit, islahatlara açıq və proqnozlaşdırılan iqtisadi siyasət yürüdən ölkə imicini gücləndirir: “Qlobal risklər fonunda bu imic beynəlxalq biznes dairələri üçün xüsusi əhəmiyyət daşıyır. Nəticə etibarilə, Davos Dünya İqtisadi Forumu Azərbaycan üçün yeni investisiyalar, genişlənən beynəlxalq əməkdaşlıq, iqtisadi prioritetlərin qlobal auditoriyaya çatdırılması və ölkənin uzunmüddətli inkişaf strategiyasının möhkəmləndirilməsi baxımından mühüm dividendlər qazandırır. Bu platforma Azərbaycanın qlobal iqtisadi sistemdə mövqeyini daha da gücləndirən strateji alət rolunu oynayır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 21 Yanvar 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















