Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hazırda davam edən Dünya İqtisadi Forumu (World Economic Forum – WEF) hər il İsveçrənin Davos şəhərində keçirilən və qlobal siyasi-iqtisadi gündəliyin müəyyənləşdirildiyi ən nüfuzlu platformalardan biri hesab olunur.
“AzPolitika” bildirir ki, Forum rəsmi qərarverici qurum olmasa da, burada aparılan müzakirələr bir çox hallarda beynəlxalq proseslərə birbaşa təsir göstərir.Davos İqtisadi Forumunun əsası 1971-ci ildə alman iqtisadçısı Klaus Şvab tərəfindən qoyulub.
İlkin mərhələdə tədbir “Avropa İdarəetmə Forumu” adlanırdı və əsas məqsədi Avropa şirkətlərinə ABŞ-də formalaşan müasir idarəetmə modellərini tanıtmaq idi.
1987-ci ildən etibarən tədbir “Dünya İqtisadi Forumu” adını aldı və artıq yalnız biznes yox, siyasət, təhlükəsizlik, iqlim dəyişiklikləri, texnologiya və sosial problemləri əhatə edən qlobal platformaya çevrildi.Davosa kimlər dəvət olunur?Davos Forumuna iştirak açıq deyil və yalnız xüsusi dəvət əsasında mümkündür.
Dəvət olunan əsas qruplar bunlardır: Dövlət və hökumət başçıları, nazirlər və yüksək vəzifəli məmurlar, dünyanın aparıcı şirkətlərinin rəhbərləri (CEO, board üzvləri), beynəlxalq maliyyə institutlarının təmsilçiləri, qlobal media qurumlarının rəhbərləri, akademiklər, analitiklər və ekspertlər, seçilmiş qeyri-hökumət təşkilatları və ictimai xadimlər və s.Xüsusilə vurğulanır ki, sadəcə varlı olmaq Davosa düşmək üçün kifayət deyil.
Forum iştirakçılarının qlobal təsir gücü, qərarvermə imkanları və beynəlxalq gündəliyə töhfə potensialı əsas meyar sayılır.Dəvətlər necə göndərilir?Dəvətlər birbaşa Dünya İqtisadi Forumu tərəfindən göndərilir.
Proses əsasən iki istiqamətdə həyata keçirilir:WEF üzvü olan şirkətlər və qurumlar – Forumun rəsmi tərəfdaşı və ya üzvü olan şirkətlərin rəhbərləri avtomatik olaraq iştirak imkanına malik olur.Xüsusi seçilmiş şəxslər – Dövlət rəhbərləri, nazirlər, tanınmış ekspertlər və ictimai fiqurlar fərdi qaydada dəvət alırlar.Qeyd edək ki, dəvət almaq iştirak üçün kifayət deyil, əlavə maliyyə və prosedur şərtləri də mövcuddur.Davosun “bilet” qiyməti nə qədərdir?Davos Forumunun iştirak xərcləri kifayət qədər yüksəkdir:İllik WEF üzvlüyü: təxminən 60–100 min ABŞ dollarıİllik tərəfdaşlıq paketi (böyük şirkətlər üçün): 250 min dollardan başlayaraq milyonlarla dollara qədərDavos toplantısında iştirak haqqı: orta hesabla 25–30 min dollarBunlara əlavə olaraq, yol xərcləri, təhlükəsizlik tələblərinə uyğun yaşayış, Davos dövründə kəskin bahalaşan mehmanxana qiymətləri nəzərə alınmalıdır.