Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Davos İqtisadi Forumu: Qlobal elitanın qapalı toplantısı necə keçirilir?

Davos İqtisadi Forumu: Qlobal elitanın qapalı toplantısı necə keçirilir?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda davam edən Dünya İqtisadi Forumu (World Economic Forum – WEF) hər il İsveçrənin Davos şəhərində keçirilən və qlobal siyasi-iqtisadi gündəliyin müəyyənləşdirildiyi ən nüfuzlu platformalardan biri hesab olunur.

“AzPolitika” bildirir ki, Forum rəsmi qərarverici qurum olmasa da, burada aparılan müzakirələr bir çox hallarda beynəlxalq proseslərə birbaşa təsir göstərir.

Davos İqtisadi Forumunun əsası 1971-ci ildə alman iqtisadçısı Klaus Şvab tərəfindən qoyulub. İlkin mərhələdə tədbir “Avropa İdarəetmə Forumu” adlanırdı və əsas məqsədi Avropa şirkətlərinə ABŞ-də formalaşan müasir idarəetmə modellərini tanıtmaq idi. 1987-ci ildən etibarən tədbir “Dünya İqtisadi Forumu” adını aldı və artıq yalnız biznes yox, siyasət, təhlükəsizlik, iqlim dəyişiklikləri, texnologiya və sosial problemləri əhatə edən qlobal platformaya çevrildi.

Davosa kimlər dəvət olunur?

Davos Forumuna iştirak açıq deyil və yalnız xüsusi dəvət əsasında mümkündür. Dəvət olunan əsas qruplar bunlardır:

Dövlət və hökumət başçıları, nazirlər və yüksək vəzifəli məmurlar, dünyanın aparıcı şirkətlərinin rəhbərləri (CEO, board üzvləri), beynəlxalq maliyyə institutlarının təmsilçiləri, qlobal media qurumlarının rəhbərləri, akademiklər, analitiklər və ekspertlər, seçilmiş qeyri-hökumət təşkilatları və ictimai xadimlər və s.

Xüsusilə vurğulanır ki, sadəcə varlı olmaq Davosa düşmək üçün kifayət deyil. Forum iştirakçılarının qlobal təsir gücü, qərarvermə imkanları və beynəlxalq gündəliyə töhfə potensialı əsas meyar sayılır.

Dəvətlər necə göndərilir?

Dəvətlər birbaşa Dünya İqtisadi Forumu tərəfindən göndərilir. Proses əsasən iki istiqamətdə həyata keçirilir:

WEF üzvü olan şirkətlər və qurumlar – Forumun rəsmi tərəfdaşı və ya üzvü olan şirkətlərin rəhbərləri avtomatik olaraq iştirak imkanına malik olur.

Xüsusi seçilmiş şəxslər – Dövlət rəhbərləri, nazirlər, tanınmış ekspertlər və ictimai fiqurlar fərdi qaydada dəvət alırlar.

Qeyd edək ki, dəvət almaq iştirak üçün kifayət deyil, əlavə maliyyə və prosedur şərtləri də mövcuddur.

Davosun “bilet” qiyməti nə qədərdir?

Davos Forumunun iştirak xərcləri kifayət qədər yüksəkdir:

İllik WEF üzvlüyü: təxminən 60–100 min ABŞ dolları

İllik tərəfdaşlıq paketi (böyük şirkətlər üçün): 250 min dollardan başlayaraq milyonlarla dollara qədər

Davos toplantısında iştirak haqqı: orta hesabla 25–30 min dollar

Bunlara əlavə olaraq, yol xərcləri, təhlükəsizlik tələblərinə uyğun yaşayış, Davos dövründə kəskin bahalaşan mehmanxana qiymətləri nəzərə alınmalıdır. Məhz bu səbəbdən Davos çox vaxt “qlobal elitanın klubu” kimi xarakterizə olunur.

Hansı məhdudiyyətlər var?

Davos Forumunda bir sıra ciddi məhdudiyyətlər tətbiq olunur:

Təhlükəsizlik tədbirləri son dərəcə sərtdir, bir çox sessiyalar qapalı keçirilir. Bəzi görüşlər “off the record” statusunda olur, jurnalistlər üçün də giriş və çəkiliş imkanları məhduddur. İştirakçılar belə hər tədbirə sərbəst qatıla bilmirlər. Forumun əsas cazibə nöqtələrindən biri də məhz qapalı görüşlər və kulis diplomatiyasıdır.

Davos niyə bu qədər önəmlidir?

Davosda rəsmi sənədlər imzalanmasa da, geosiyasi mesajlar verilir, qlobal iqtisadi trendlər formalaşır, böyük biznes və siyasət arasında əlaqələr qurulur, yeni ittifaqların və təşəbbüslərin əsası qoyulur. Bir çox hallarda Davosda səslənən fikirlər sonradan G7, G20, BMT və digər beynəlxalq platformalarda konkret qərarlara çevrilir.

Davos və Azərbaycan: siyasi mesajlar və iqtisadi gözləntilər

Azərbaycan da müxtəlif illərdə Davos İqtisadi Forumunda təmsil olunub. Prezident İlham Əliyevin Davos toplantılarında iştirakı xüsusilə diqqət çəkib. Bu çıxışlar əsasən Azərbaycanın enerji siyasəti, regional təhlükəsizlik, nəqliyyat-logistika layihələri və investisiya imkanları üzərində qurulub.

Davos platforması Azərbaycan üçün bir neçə baxımdan əhəmiyyət daşıyır. İlk növbədə, bu forum Bakı üçün özünü etibarlı enerji tərəfdaşı kimi təqdim etmək imkanı yaradır. Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallaşdığı dövrlərdə Azərbaycanın Davosda verdiyi mesajlar əlavə siyasi çəkı qazanır.

Bundan başqa, Davos Azərbaycan üçün Qərb siyasi və biznes elitası ilə birbaşa təmas platforması rolunu oynayır. Burada aparılan görüşlər rəsmi səfərlərdən kənar, daha çevik və qeyri-formal diplomatik imkanlar yaradır. Eyni zamanda, Azərbaycan rəsmilərinin Davosda iştirakı ölkənin qlobal iqtisadi proseslərdən kənarda qalmadığını göstərmək baxımından da simvolik məna daşıyır. Bu, həm daxili auditoriyaya, həm də beynəlxalq tərəfdaşlara ünvanlanan siyasi mesaj kimi qiymətləndirilir.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri