Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır. Prezident İlham Əliyevin Davosda iştirakı və xüsusilə "Euronews"un təşkil etdiyi
Bu çıxış klassik diplomatik bəyanat çərçivəsindən kənara çıxaraq daha çox strateji izah xarakteri daşıyırdı.
Dövlət başçısı auditoriyaya təkcə görülmüş işlərdən danışmadı, eyni zamanda Azərbaycanın hansı mərhələdən hansı mərhələyə keçdiyini və bu keçidin hansı məntiq üzərində qurulduğunu izah etdi.
Burada əsas mesaj ondan ibarət idi ki, Azərbaycan artıq münaqişə və risk kontekstində tanınan ölkə yox, sabitlik, proqnozlaşdırıla bilənlik və uzunmüddətli planlama təqdim edən regional mərkəzdir.Çıxışın diqqətçəkən cəhətlərindən biri iqtisadi prioritetlərin çox açıq və sadə dildə izah olunması idi.
Prezident enerji sektorunun uzun illər ölkə üçün əsas dayaq olduğunu gizlətmədən vurğuladı, lakin eyni zamanda bu mərhələnin artıq yeni mərhələyə keçdiyini bildirdi.
Neft və qazın yaratdığı imkanların indi qeyri neft sektorunun inkişafına yönəldildiyi, iqtisadiyyatın şaxələndirilməsinin strateji seçim olduğu aydın mesaj kimi səsləndi.
Xüsusilə bərpaolunan enerji, məlumat mərkəzləri, süni intellekt və mədənçilik sahələrinin prioritet kimi təqdim edilməsi onu göstərdi ki, Azərbaycan yalnız bugünkü gəlirləri yox, sabahın iqtisadi modelini düşünür.
Bu yanaşma investorlar üçün vacib olan sabit gəlir və uzunmüddətli perspektiv anlayışına birbaşa cavab verir.Prezidentin bağlılıq və nəqliyyat məsələlərinə yanaşması isə çıxışın geosiyasi dəyərini artıran əsas elementlərdən idi.