Davosdan dünyaya ünvanlanan strateji mesajlar ŞƏRH | Icma.az
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 20-də İsveçrənin Davos şəhəri yenə də qlobal siyasi və iqtisadi düşüncənin mərkəzinə çevrilmişdi.
Dünya liderləri, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı media qurumları dəyişən dünya nizamının konturlarını müzakirə edərkən bu mötəbər platformadan səslənən fikirlər xüsusi diqqətlə dinlənirdi.
Məhz belə bir zamanda Prezident İlham Əliyevin Euronews televiziyasına verdiyi müsahibə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun və qlobal proseslərin dərin təhlili kimi yadda qaldı.Bu müsahibə sadəcə sual-cavab formatında aparılan bir söhbət deyildi.
O, müasir dünyanın reallıqlarına açılan bir pəncərə, yeni geosiyasi mərhələdə Azərbaycanın mövqeyini əks etdirən strateji manifest idi.
Prezident İlham Əliyev müsahibəsində müasir beynəlxalq münasibətlərin artıq əvvəlki qaydalarla işləmədiyini açıq şəkildə ifadə etdi.
Dövlət başçısının fikrincə, dünya yeni bir mərhələyə qədəm qoyub burada güc balansı, milli maraqlar və praqmatik siyasət ön plana çıxır.
Beynəlxalq hüququn selektiv tətbiqi, ikili standartlar və siyasi riyakarlıq qlobal sistemin etibarlılığını zəiflədib.
Tam oxu
Xəbəri oxu