Icma.az
close
up
RU
Davosdan dünyaya ünvanlanan strateji mesajlar ŞƏRH

Davosdan dünyaya ünvanlanan strateji mesajlar ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 20-də İsveçrənin Davos şəhəri yenə də qlobal siyasi və iqtisadi düşüncənin mərkəzinə çevrilmişdi. Dünya liderləri, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı media qurumları dəyişən dünya nizamının konturlarını müzakirə edərkən bu mötəbər platformadan səslənən fikirlər xüsusi diqqətlə dinlənirdi. Məhz belə bir zamanda Prezident İlham Əliyevin Euronews televiziyasına verdiyi müsahibə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun və qlobal proseslərin dərin təhlili kimi yadda qaldı.Bu müsahibə sadəcə sual-cavab formatında aparılan bir söhbət deyildi. O, müasir dünyanın reallıqlarına açılan bir pəncərə, yeni geosiyasi mərhələdə Azərbaycanın mövqeyini əks etdirən strateji manifest idi.

Prezident İlham Əliyev müsahibəsində müasir beynəlxalq münasibətlərin artıq əvvəlki qaydalarla işləmədiyini açıq şəkildə ifadə etdi. Dövlət başçısının fikrincə, dünya yeni bir mərhələyə qədəm qoyub burada güc balansı, milli maraqlar və praqmatik siyasət ön plana çıxır. Beynəlxalq hüququn selektiv tətbiqi, ikili standartlar və siyasi riyakarlıq qlobal sistemin etibarlılığını zəiflədib. Bu reallıq fonunda Azərbaycan öz yolunu aydın görür. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz yalnız öz milli maraqlarına söykənən, müstəqil və balanslaşdırılmış siyasət yürüdür. Bu siyasət isə emosiyalara deyil, real gücə, iqtisadi dayaqlara və beynəlxalq nüfuza əsaslanır.

Müsahibənin əsas xəttlərindən biri Cənub Qafqaz regionunun gələcəyi idi. Uzun illər münaqişələr və qarşıdurmalarla yadda qalan bu coğrafiya bu gün tamamilə yeni bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə regionda yeni reallıq yaradıb. Bu reallıq müharibə yox, sülh çağırışıdır. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan regionda davamlı sülhün, iqtisadi əməkdaşlığın və nəqliyyat əlaqələrinin qurulmasında maraqlıdır. Cənub Qafqazın artıq qarşıdurma yox, inkişaf və əməkdaşlıq məkanı olmasının vaxtı çatıb.

Davosdan səslənən mühüm mesajlardan biri də enerji təhlükəsizliyi ilə bağlı idi. Prezident İlham Əliyev Azərbaycanın bu sahədəki rolunu faktlarla ortaya qoydu. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, eyni zamanda enerji təhlükəsizliyinin təminatçısı, etibarlı və məsuliyyətli tərəfdaşdır.

Müsahibədə regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində oldu. Prezident İlham Əliyev qeyd etdi ki, mürəkkəb geosiyasi proseslərin fonunda Azərbaycanın daxili sabitliyi, ictimai-siyasi həmrəyliyi mühüm üstünlükdür. Bu sabitlik təsadüfi deyil, illərlə aparılan məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan bu gün təkcə öz vətəndaşları üçün deyil, region üçün də sabitlik mənbəyidir. Dövlət başçısının Davosdan verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycan gələcəyə inamla baxan, riskləri düzgün qiymətləndirən və çağırışlara hazır olan dövlətdir.

Prezident İlham Əliyevin Euronews televiziyasına verdiyi müsahibə Davosun gurultulu müzakirələri arasında xüsusi çəkisi ilə seçildi. Bu müsahibə Azərbaycanın dəyişən dünyada tutduğu mövqeyi, regional liderlik iddiasını və qlobal proseslərdə artan rolunu aydın şəkildə ortaya qoydu. Davosdan səslənən bu sözlər təkcə bugünün deyil, sabahın da mesajları idi. Azərbaycanın yolu bəllidir: müstəqil siyasət, güclü dövlət, etibarlı tərəfdaş və davamlı inkişaf.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri