Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq aləmdə böyük nüfuza malik olan Azərbaycan dünyada etibarlı tərəfdaş imicini qazanıb.
Vətən müharibəsində qazandıgı qələbədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın bu gün regional və qlobal miqyasda öz sözünü deyən, milli maraqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə edən güclü dövlət, etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Xüsusi olaraq qeyd edək ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan dövlətinin sülhə, dialoqa və insan həmrəyliyinə verdiyi töhfənin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir.
Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri sırasında Prezident İlham Əliyevin yer alması Azərbaycan liderinə olan etimadın, eləcə də, dövlətimizin başçısının sülhə verdiyi töhfələrin əyani sübutudur.
Bu mükafat böyük iradənin, ədalətli sülhün əlbəttə ki, təcəssümüdür.
Şeyx Zayed Fondunun yaradılmasının əsasında dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqi dayanır.