Icma.az
close
up
RU
Davosdan mesajlar: Azərbaycanın regional və qlobal mövqeyi

Davosdan mesajlar: Azərbaycanın regional və qlobal mövqeyi

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq aləmdə böyük nüfuza malik  olan Azərbaycan dünyada etibarlı tərəfdaş imicini qazanıb. Vətən müharibəsində qazandıgı qələbədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın bu gün regional və qlobal miqyasda öz sözünü deyən, milli maraqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə edən güclü dövlət, etibarlı tərəfdaş olduğunu  bir daha təsdiqləyir.

Xüsusi olaraq qeyd edək ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan dövlətinin sülhə, dialoqa və insan həmrəyliyinə verdiyi töhfənin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri sırasında Prezident İlham Əliyevin yer alması Azərbaycan liderinə olan etimadın, eləcə də, dövlətimizin başçısının sülhə verdiyi töhfələrin əyani sübutudur. Bu mükafat böyük iradənin, ədalətli sülhün əlbəttə ki,   təcəssümüdür. Şeyx Zayed Fondunun yaradılmasının əsasında dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqi dayanır. Məlumdur ki, sözügedən mükafat dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilir. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi həm də Azərbaycan Prezidentinin sülh gündəliyinin dünya tərəfindən təqdiridir. Otuz ildən artıq davam edən münaqişə və qan tökülməsindən sonra Cənubi Qafqazda sülhün bərqərar olması tarixi nailiyyətdir. Bu gün məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daxilində sabitlik tam təmin olunub. Azərbaycan Prezidenti “Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm”, - deyə Davosda “Euronews” televiziyasına verdiyi müsahisində bildirib. Dövlətimizin başcısı bizim  beş-altı aydır sülh şəraitində yaşadığımızı vurğulayaraq, müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamadığımızı qeyd edib.

Bildiyimiz kimi, Azərbaycan dövləti ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra yeni reallıqlar formalaşdırıb. Müasir dünyada mövcud reallığı dəyişəcək güc mövcud deyil. Ölkəmizin mövqeyi milli maraqlarımızı inamla müdafiə edir. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük diplomatik bacarığı sayəsində dövlətimiz dünyanın böyük gücləri sirasında   ədalətli mövqeyini sərgiləyir və bütün zəruri addımları tam zamanında atır.

Dövlət  başcısınin müsahibəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərə diqqət cəkilir. Artıq bu münasibətlər əməkdaşlığa çevrilir. “Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq”, - deyən Prezident  əlavə edib ki,  biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq: “Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq.

Heç şübhəsiz ki, Azərbaycanın enerji sahəsində oynadığı rol həm regional, həm də qlobal əhəmiyyət daşıyır. Bu gün ölkəmiz Cənubi Qafqazın əsas enerji təminatçısı olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır. Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir.  Belə ki, uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edir. Onların 10-u Avropa İttifaqının üzvüdür. Bir çox Avropa ölkələri ilə olan münasibətlər enerji təhlükəsizliyini gücləndirmək imkanı yaradır.

Prezident İlham Əliyevin Davosdan verdiyi mesajlar bir daha sübut etdi ki, ölkəmiz yeni beynəlxalq reallıqlarda öz yolunu müəyyənləşdirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Euronews" telekanalına verdiyi müsahibə ölkənin regional və qlobal mövqeyini əks etdirən mühüm siyasi bəyanat oldu. Dəyişən dünya düzənində Azərbaycan öz yerini müəyyənləşdirib və milli maraqlarını beynəlxalq hüquqa uyğun olaraq müstəqil siyasət yürüdür.


İman ABDUYEV, politoloq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri