Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu il yanvarın 19-da İsveçrənin Davos şəhərində Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı başlayıb.Toplantı yanvarın 23-dək davam edəcək.
Davos Dünya İqtisadi Forumunun budəfəki mövzusu "Dialoq Ruhu" kimi müəyyən edilib.Toplantıda 65 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri, aparıcı biznes və maliyyə qurumlarının nümayəndələri bir araya gələrək qlobal iqtisadiyyat, geosiyasi proseslər, süni intellekt,iqlim dəyişikliyi və sair bu kimi məsələləri müzakirə edirlər.Davos Forumunun müzakirələrində 2026-cı il üçün beş müəyyənedici sual əsas yer tutur: 1.Getdikcə rəqabətli dünyada necə əməkdaşlıq edə bilərik?
2.Yeni artım mənbələrini necə aça bilərik? 3.İnsanlara necə daha yaxşı investisiya qoya bilərik?
4.Miqyaslı və məsuliyyətli şəkildə necə innovasiya edə bilərik? 5.Planet hüdudları daxilində necə rifah qura bilərik?
Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısındakı müzakirələrdə müasir dünyanın çağırışlarına,eləcə də 2026-cı il üçün beş müəyyənedici suala münasibətdə qlobal və regional kontekstlərdə mesajlar verilməyə başlayıb.Həmin mesajlar arasında Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə səslənən məsələlər də xüsusi yer tutur.Bu müsahibədə toxunulan məsələlər və verilən mesajlar sürətlə dəyişən və proqnozlaşdırılması mümkün olmayan yeni dünya düzənində Azərbaycanın yeri və rolu,qlobal və regional kontekstdə gözləntilər,eləcə bir sıra məqamlarına görə Davos Forumunda müzakirələrdə 2026-cı il üçün beş müəyyənedici sual kontekstində də diqqətçəkəndir.
Prezident İlham Əliyev müsahibədə öncə Azərbaycanın ərazi bütövlüyünün bərpası və və süvernliyinin təmin etməsinə münasibətdə bir daha nəzərə çatdırıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn tanıdığı legitim haqlar əsasında beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun reallaşdırıb.
Prezident son vaxtlar beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən danışarkən xüsusi vurğulayıb ki, yeni eraya qədəm qoyan beynəlxalq münasibətlərin bugünkü vəziyyətini qanunun aliliyi deyil, güc qaydası idarə edir.