Icma.az
close
up
RU
Davosdan verilən mesajlar

Davosdan verilən mesajlar

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bu il yanvarın 19-da İsveçrənin Davos şəhərində Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı başlayıb.Toplantı yanvarın 23-dək davam edəcək. Davos Dünya İqtisadi Forumunun budəfəki mövzusu "Dialoq Ruhu" kimi müəyyən edilib.Toplantıda 65 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri, aparıcı biznes və maliyyə qurumlarının nümayəndələri bir araya gələrək qlobal iqtisadiyyat, geosiyasi proseslər, süni intellekt,iqlim dəyişikliyi və sair bu kimi məsələləri müzakirə edirlər.Davos Forumunun müzakirələrində 2026-cı il üçün beş müəyyənedici sual əsas yer tutur:
1.Getdikcə rəqabətli dünyada necə əməkdaşlıq edə bilərik?
2.Yeni artım mənbələrini necə aça bilərik?
3.İnsanlara necə daha yaxşı investisiya qoya bilərik?
4.Miqyaslı və məsuliyyətli şəkildə necə innovasiya edə bilərik?
5.Planet hüdudları daxilində necə rifah qura bilərik?
Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısındakı müzakirələrdə müasir dünyanın çağırışlarına,eləcə də 2026-cı il üçün beş müəyyənedici suala münasibətdə qlobal və regional kontekstlərdə mesajlar verilməyə başlayıb.Həmin mesajlar arasında Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə səslənən məsələlər də xüsusi yer tutur.Bu müsahibədə toxunulan məsələlər və verilən mesajlar sürətlə dəyişən və proqnozlaşdırılması mümkün olmayan yeni dünya düzənində Azərbaycanın yeri və rolu,qlobal və regional kontekstdə gözləntilər,eləcə bir sıra məqamlarına görə Davos Forumunda müzakirələrdə 2026-cı il üçün beş müəyyənedici sual kontekstində də diqqətçəkəndir.
Prezident İlham Əliyev müsahibədə öncə Azərbaycanın ərazi bütövlüyünün bərpası və və süvernliyinin təmin etməsinə münasibətdə bir daha nəzərə çatdırıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn tanıdığı legitim haqlar əsasında beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun reallaşdırıb.
Prezident son vaxtlar beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən danışarkən xüsusi vurğulayıb ki, yeni eraya qədəm qoyan beynəlxalq münasibətlərin bugünkü vəziyyətini qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bu,”bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.”
Bu cavab bir mesajdır ki,dünyanın qanunların aliliyindən daha çox gücün aliliyi dövrünə qədəm qoyduğu hazırkı şəraitdə ən optimal yol hər bir ölkənin ilk növbədə öz potensialına güvənməsi,öz strategiyasını milli maraqlarına uyğun qurması, həm mənsub olduğu bölgədə,həm də geniş anlamda ölkələrlə qarşılıqlı hörmət və qarşılıqlı faydalılıq prinsipləri əsasında yaxşı münasibətlər qurmaqdır.
Prezidentin müxbirin Azərbaycanın qonsusu İranda cərəyan edən hadisələrlə bağlı sualını cavablandırarkən bildirib ki,”Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil.Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.”
Müsahibənin çox vacib məqamlarından biri də Cənubi Qafqazda yaranmış yeni reallıqlarla bağlıdır. Azərbaycan prezidenti müxbirin “Cənubi Qafqazda risk ilə imkanlar arasında cari tarazlığı necə dəyərləndirirsiniz” sualına cavab olaraq bildirib ki, “Bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir.Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların,ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur.Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq.”
Azərbaycan Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mükünsüz görünən nəticələr seriyasını davam etdirir.Azərbaycanın ərazi bütövlüyünün bərpası və süverenliyin təmin olunması uğrunda mübarizədəki möhtəşəm qələbəsi sayəsində yaratdığı yeni situasiyada Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib,diqtə olunan köhnə qaydalar da artıq işləmir.Bu kontekstdə ötən ilin avqustunda Vaşinqtonda imzalanan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş yaşadığımız bölgənin gələcək geosiyasi mənzərəsini şəkilləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Vaşiqton razılaşmasnda nəzərdə tutulanların sistemli şəkildə həyata keçirilməsi Cənubi Qafqaza münasibətdə məkrli ssenarilərə əsaslanan siyasətin kitabını bağlayıb, regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açıb. Azərbaycan beynəlxalq münasibətlər sistemində yeni orbitə çıxır. Bütün bunlar göstərir ki,Azərbaycan prezidentinin Cənubi Qafqazda yaranmış yeni reallıqlar kontekstində Azərbaycan-Ermənistan münasibətləri barədə söylədikləri bütün dünyaya mesajdır ki, Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə atdığı addımlar qalib dövlət olaraq Cənbu Qafqazda yaratdığı yeni situasiyadan yaşadığımız regionun tərəqqisi naminə bütün region dövlətlərinin faydalanmasını istəyir və bu əsasda Azərbaycan-Ermənistan münasibətlərində dayanıqlı sülhə,qarşılıqlı faydalı əməkdaşlığa və uzunmüddətli sabitliyə üstünlük verir.Bu yanaşma öz öptimallığı, mütərəqqiliyi ilə yanaşı,həm də bütün ölkələrin regional sabitliyə və təhlükəsizliyə töhfə verməsinin zəruliyi baxımından da mühüm əhəmiyyət kəsb edir
Əli Məsimli, Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri