Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 22 oktyabr, AZƏRTAC Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda konfrans keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat, Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, elmi-tədqiqat institutlarının alimləri və toxumçu fermerlər iştirak ediblər.Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalında əsas istehsal vasitəsi kimi keyfiyyətli toxumlar xüsusi rol oynayır.
Nazir qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindən olan toxumçuluq sahəsində fəaliyyətin səmərəli təşkili, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.Nazir Məcnun Məmmədov əlavə edib ki, dövlət tərəfindən həyata keçirilən dayanıqlı toxumçuluq siyasəti çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən seleksiya nailiyyətlərinin qeydiyyatı, toxum sertifikatlaşdırılması və toxum bazarının liberallaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.“Ölkəmizdə elmi-tədqiqat institutları ilə özəl toxumçuluq təsərrüfatlarının sıx əməkdaşlıq etməsi, elm və istehsalat əlaqələrinin güclənməsi özəl sektorun yeni yaradılmış bitki sortlarına marağını artırır.
Seleksiya nailiyyətlərinin qeydiyyatı və toxum sertifikatlaşdırılması proseslərinin institusional potensialının gücləndirilməsi istiqamətində FAO ilə birgə layihələr həyata keçirilir.
Həmçinin, toxumçuluğun normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə “Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb.
Bu qanunun qəbul olunması ölkədə toxum istehsalının artmasına xidmət edəcək.Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı yeni sort və hibridlərin yaradılmasından asılıdır.
Bu işdə alimlərimizin üzərinə xüsusi vəzifələr düşür. Bu istiqamətdə özəl sektor nümayəndələrini alimlərlə birgə tədqiqat işlərində iştirak