Icma.az
close
up
RU
“Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda konfrans keçirilib

“Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda konfrans keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 oktyabr, AZƏRTAC

Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda konfrans keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat, Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, elmi-tədqiqat institutlarının alimləri və toxumçu fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalında əsas istehsal vasitəsi kimi keyfiyyətli toxumlar xüsusi rol oynayır. Nazir qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindən olan toxumçuluq sahəsində fəaliyyətin səmərəli təşkili, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Nazir Məcnun Məmmədov əlavə edib ki, dövlət tərəfindən həyata keçirilən dayanıqlı toxumçuluq siyasəti çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən seleksiya nailiyyətlərinin qeydiyyatı, toxum sertifikatlaşdırılması və toxum bazarının liberallaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

“Ölkəmizdə elmi-tədqiqat institutları ilə özəl toxumçuluq təsərrüfatlarının sıx əməkdaşlıq etməsi, elm və istehsalat əlaqələrinin güclənməsi özəl sektorun yeni yaradılmış bitki sortlarına marağını artırır. Seleksiya nailiyyətlərinin qeydiyyatı və toxum sertifikatlaşdırılması proseslərinin institusional potensialının gücləndirilməsi istiqamətində FAO ilə birgə layihələr həyata keçirilir. Həmçinin, toxumçuluğun normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə “Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu qanunun qəbul olunması ölkədə toxum istehsalının artmasına xidmət edəcək.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı yeni sort və hibridlərin yaradılmasından asılıdır. Bu işdə alimlərimizin üzərinə xüsusi vəzifələr düşür. Bu istiqamətdə özəl sektor nümayəndələrini alimlərlə birgə tədqiqat işlərində iştirak etməyə çağırıram”,- deyə nazir bildirib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsi Nasar Hayat çıxışında bildirib ki, dayanıqlı ərzaq sistemi keyfiyyətli toxumdan başlayır. O qeyd edib ki, bu gün tədqiqat, innovasiya və yüksək keyfiyyətli toxum istehsalına qoyulan investisiyalar sabahın məhsuldar və təhlükəsiz kənd təsərrüfatını formalaşdırır.

“FAO-nun qlobal ərzaq təhlükəsizliyinə sədaqətinin 80 illiyi qeyd olunduğu bir vaxtda bizim Azərbaycan hökuməti ilə əməkdaşlığımız toxumçuluq sahəsinin inkişafı, fermerlərin keyfiyyətli və sertifikatlaşdırılmış toxumlara çıxışının genişləndirilməsi və kənd yerlərində dayanıqlı inkişafın sürətləndirilməsi istiqamətlərində əhəmiyyətli nəticələr verməkdədir. Birgə icra olunan layihələr, heç kəsi kənarda qoymadan, ölkədə müasir və rəqabətqabiliyyətli toxumçuluq sektorunun formalaşdırılmasına töhfə verir və milli ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir,” – deyə Nasar Hayat vurğulayıb.

Daha sonra konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda “Toxumçuluğun inkişafı sahəsində görülmüş işlər və mövcud problemlər”, “Yeni sortların yaradılması, yerli sortlara tələbat və təşviq”, “Toxumçuluğun inkişafında özəl sektorun rolu və dövlət dəstəyi” mövzularında təqdimatlar dinlənilib.

Müzakirələrdə toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə və bu sahədə yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində keyfiyyətli toxumun əhəmiyyəti və toxumçuluğun inkişafı ilə bağlı videoçarx nümayiş olunub, bu sahədə yüksək peşəkarlıq göstərən və aqrar sektorun inkişafına töhfə verən toxumçulara sertifikatlar təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri