DÇ 2030 da məcburi su fasilələri olacaq?

18.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

DÇ-2030-da məcburi su fasilələri olacaq?

2030-cu ildə keçiriləcək dünya çempionatında oyunlar zamanı məcburi  su fasilələrinin tətbiqi gündəmdədir.

QOL.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, FİFA-nın DÇ-2030-un televiziya yayım hüquqlarının satışı ilə bağlı sənədlərində üç dəqiqəlik su fasilələri nəzərdə tutulub. Yayımçılara bu fasilələr zamanı reklam yayımlamaq imkanı da təklif olunur.

Qeyd edək ki, belə fasilələr ilk dəfə 2026-cı il dünya çempionatında bütün oyunlarda tətbiq edilib. Bu addım sponsor gəlirlərinin artırılmasına da xidmət edib.

Bununla belə, FİFA 2030-cu il mundialında su fasilələrinin tətbiqi ilə bağlı yekun qərarın hələ verilmədiyini açıqlayıb.

Xatırladaq ki, DÇ-2030 əsasən Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək. Turnirin açılış mərhələsində isə üç oyun Cənubi Amerikada olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью