DÇ 2030 da məcburi su fasilələri olacaq?
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
2030-cu ildə keçiriləcək dünya çempionatında oyunlar zamanı məcburi su fasilələrinin tətbiqi gündəmdədir.
QOL.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, FİFA-nın DÇ-2030-un televiziya yayım hüquqlarının satışı ilə bağlı sənədlərində üç dəqiqəlik su fasilələri nəzərdə tutulub. Yayımçılara bu fasilələr zamanı reklam yayımlamaq imkanı da təklif olunur.
Qeyd edək ki, belə fasilələr ilk dəfə 2026-cı il dünya çempionatında bütün oyunlarda tətbiq edilib. Bu addım sponsor gəlirlərinin artırılmasına da xidmət edib.
Bununla belə, FİFA 2030-cu il mundialında su fasilələrinin tətbiqi ilə bağlı yekun qərarın hələ verilmədiyini açıqlayıb.
Xatırladaq ki, DÇ-2030 əsasən Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək. Turnirin açılış mərhələsində isə üç oyun Cənubi Amerikada olacaq.
Baxış sayı:93
Bu xəbər 18 Noyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















