DÇ də parladı, yeni klubu bəlli oldu

29.07.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı il dünya çempionatındakı uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən Kabo-Verde millisinin qapıçısı Vozinya karyerasını Çilidə davam etdirəcək.

Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper Çilinin ən titullu klubu “Kolo-Kolo” ilə 2026-cı ilin 31 dekabrınadək nəzərdə tutulan müqavilə imzalayıb.

Daha əvvəl təcrübəli qapıçının Lionel Messinin çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubuna keçəcəyi iddia olunsa da, o, seçimini Çili təmsilçisindən yana edib.

Vozinya yeni komandasında Çili futbolunun tanınmış simalarından olan Arturo Vidalın komanda yoldaşı olacaq.

Məlumata görə, təcrübəli qapıçı “Kolo-Kolo”da ayda 47 milyon Çili pesosu (təxminən 49,8 min ABŞ dolları və ya 43,8 min avro) əməkhaqqı alacaq.

Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi" “Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq Kasper Hö “Seltik”də – 5 illik müqavilə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью