DÇ də parladı, yeni klubu bəlli oldu
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı il dünya çempionatındakı uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən Kabo-Verde millisinin qapıçısı Vozinya karyerasını Çilidə davam etdirəcək.
Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper Çilinin ən titullu klubu “Kolo-Kolo” ilə 2026-cı ilin 31 dekabrınadək nəzərdə tutulan müqavilə imzalayıb.
Daha əvvəl təcrübəli qapıçının Lionel Messinin çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubuna keçəcəyi iddia olunsa da, o, seçimini Çili təmsilçisindən yana edib.
Vozinya yeni komandasında Çili futbolunun tanınmış simalarından olan Arturo Vidalın komanda yoldaşı olacaq.
Məlumata görə, təcrübəli qapıçı “Kolo-Kolo”da ayda 47 milyon Çili pesosu (təxminən 49,8 min ABŞ dolları və ya 43,8 min avro) əməkhaqqı alacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 29 İyul 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















