DÇ2034: Final oyununun stadionu müəyyənləşdi

30.11.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatının final oyununun məkanı bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı FİFA-nın mətbuat xidməti yayıb.

Həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək.

Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatı matçlarına ev sahibi olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью