DÇ2034: Final oyununun stadionu müəyyənləşdi
Icma.az, Fanat saytına istinadən bildirir.
2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatının final oyununun məkanı bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı FİFA-nın mətbuat xidməti yayıb.
Həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək.
Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatı matçlarına ev sahibi olacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.

DÇ2034: Final oyununun stadionu müəyyənləşib İdman və Biz
30 Noyabr 2024 09:16
DÇ2024: Final oyununun stadionu müəyyənləşdi
30 Noyabr 2024 10:40
Azərbaycan Kuboku: Final oyununun stadionu bilindi
09 Yanvar 2025 18:26
DÇ2034 Səudiyyə Ərəbistanında keçiriləcək
24 Dekabr 2024 15:22
FIFAdan DÇ2030 və DÇ2034 qərarı
11 Dekabr 2024 21:53

