Dəbdən düşmüş nağılların əsirləri | Icma.az
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İmran BƏDİRXANLIimranbedirxanlı[email protected] ...Bəlkə Qarabağda işğal etdikləri hər şəhərimizdə, hər kəndimizdə ermənilərin “döyüşlərdə göstərdikləri qəhrəmanlığın, şücaətin şərəfinə” memorial komleksləri ucaldaq?
Eləcə də Xankəndidə “Artsax parlamentinin”, “xarici işlər naziriliyinin”, “ombudsman aparatının” binalarını, eynilə İkinci Dünya müharibəsində qətiyyətin simvolu sayılan Brest qalasının qalıqlarının saxlanıldığı kimi, göz bəbəyi kimi qoruyaq, hayların gələcək nəsilərinə ərmağan edək?
Amma onda gərək “abidələrin” üzərinə tarixi yaddaş üçün belə bir yazı da həkk etdirək: “separatçıların sonuncu sığınacaqları”.
Sənayedə, kənd təsərrüfatında, o cümlədən hüquqda belə bir ifadə var: qanunsuz tikililər.
Torpağın sahibindən soruşmadan, sənədsiz, icazəsiz-filansız ucaldılan bina, yaxud obyekt qanunun tələbinə uyğun olaraq buldozerin qabağına verilir, tikilinin yeri torpağın üstü ilə bir hamarlanır, ya da partladılır.
Özlərini uydurduqları nağıla inandırmışdılar ki, Qarabağda əbədi qalacaqlar. Bizi bu torpaqda gəlmə, özlərini isə aborigen hesab edirdilər.
Amma bütün nağılların sonu olduğu kimi, bu hay məzhəkəsi də özünün finalına varmalı idi.
Tam oxu
Xəbəri oxu