Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dəbdən düşmüş nağılların əsirləri

Dəbdən düşmüş nağılların əsirləri

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İmran BƏDİRXANLI
imranbedirxanlı[email protected]

...Bəlkə Qarabağda işğal etdikləri hər şəhərimizdə, hər kəndimizdə ermənilərin “döyüşlərdə göstərdikləri qəhrəmanlığın, şücaətin şərəfinə” memorial komleksləri ucaldaq? Eləcə də Xankəndidə “Artsax parlamentinin”, “xarici işlər naziriliyinin”, “ombudsman aparatının” binalarını, eynilə İkinci Dünya müharibəsində qətiyyətin simvolu sayılan Brest qalasının qalıqlarının saxlanıldığı kimi, göz bəbəyi kimi qoruyaq, hayların gələcək nəsilərinə ərmağan edək? Amma onda gərək “abidələrin” üzərinə tarixi yaddaş üçün belə bir yazı da həkk etdirək: “separatçıların sonuncu sığınacaqları”.    

Sənayedə, kənd təsərrüfatında, o cümlədən hüquqda belə bir ifadə var: qanunsuz tikililər. Torpağın sahibindən soruşmadan, sənədsiz, icazəsiz-filansız ucaldılan bina, yaxud obyekt qanunun tələbinə uyğun olaraq buldozerin qabağına verilir, tikilinin yeri torpağın üstü ilə bir hamarlanır, ya da partladılır. 

Özlərini uydurduqları nağıla inandırmışdılar ki, Qarabağda əbədi qalacaqlar. Bizi bu torpaqda gəlmə, özlərini isə aborigen hesab edirdilər. Amma bütün nağılların sonu olduğu kimi, bu hay məzhəkəsi də özünün finalına varmalı idi.

Üç gün bundan əvvəl Xankəndidə qondarma rejimin əsas rəmzi, “dövlət atributu” sayılan “xarici işlər nazirliyi”nin binasının söküntüsünə başlanılıb. Söküntü işinə  məhz sentyabrın 2-də start verilməsi Azərbaycan üçün rəmzi məna daşıyır. Məhz sentyabrın 2-si işğal olunmuş ərazilərimizdə separatçı rejimin – “dqr”in elan olunmasının ildönümləri bayram kimi qeyd edilirdi. 

Cəmi 5 il bundan əvvələ qədər Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən xarici ölkələrdəki erməni diasporunun elçiləri, haylara lobbiçilik edən qərbli siyasətçilər bu binada separatçı rejimin “məmurları” ilə görüşlər keçirir, onlara qanunsuz vizalar verilir, satılmış media təmsilçiləri “Artsax”a akkreditasiya olunurdu. Beynəlxalq hüquqla daban-dabana zidd olan bu hərəkətlər Azərbaycanın dövlət suverenliyinə hörmətsizliyin nümayişi idi.

Hazırda hərbi cinayətlərdə ittiham olunan və təqsirləndirilən şəxslər kimi Bakıda məhkəməsi keçirilən babayanlar, qukasyanlar, vardanyanlar və digərləri məhz bu binada oturub Qarabağda Azərbaycan bayrağının yalnız bir halda, bizim səfirliyimizin açılması ilə dalğalana biləcəyini lovğalıqla bəyan edirdilər. Onlar sahibsiz sandıqları bu əzəli torpağımızda “qarğa-quzğun yuvasına” çevirdikləri bu binanı ərazimizdə ikinci Ermənistan dövlətinin “rəsmi atributu” sayırdılar. Məhz buna görə “Artsax xin”in binasının sökülməsinə sentyabrın 2-də başlanıldı. Bəli, bunun bizim üçün böyük siyasi və rəmzi mənası var.

Artıq beş ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı və sistemli bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən “Böyük Qayıdış” proqramı yalnız dağıdılmış infrastrukturun deyil, həm də milli kimliyin, mədəni irsin, tarixi yaddaşın və dövlətçiliyin bərpasını təmin edən çoxşaxəli prosesdir. Proqram çərçivəsində azad olunmuş ərazilərdə, şəhər, qəsəbə və kəndlərdə müasir şəhərsalma prinsiplərinə əsaslanan kompleks layihələr icra olunur, yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları inşa edilir, yollar çəkilir. Eyni zamanda, mədəni irs nümunələri bərpa olunur, tarixi abidələr əvvəlki görkəminə qaytarılır.

Qeyd etdik ki, “Artsax xin” binasının sökülməsi yalnız rəmzi məna daşımır. Axı, Xankəndinin relyefinə uyuşmayan, tamamilə yöndəmsiz və şəhərin memarlıq arxitekturasına yamaq kimi görünən bu binanın sökülməsinə müasir urban planlaşdırmasının bütün incəlikləri nəzərə alınmaqla həyata keçirilən şəhərsalma siyasəti çərçivəsində ciddi zərurət yaranmışdı.

Məlum söküntü işləri ilə bağlı sərhədin o üzündən etirazlar eşidilməkdədir: “Bu, təkcə “Artsaxın dövlətçiliyinə” növbəti qəddar zərbə deyil, həm də onun simvolik dəyərlərinin qəsdən məhv edilməsidir”. “dqr”-in mədəni irs üzrə keçmiş ombudsmanı Hovik Avanesov Facebook-da belə yazıb: “Bakı ardıcıl olaraq Artsaxda erməni varlığının bütün izlərini məhv etməyə, onu tarixi saxtakarlıq və mədəni boşluq ərazisinə çevirməyə yönəlmiş siyasət aparır. Bu, təkcə erməni irsinə qarşı deyil, həm də ümumi dəyərlərə qarşı cinayətdir”.

Bunları XX əsrin sonlarında Azərbaycan torpağında Xocalı soyqırımını, insanlığa qarşı digər dəhşətli cinayətləri törədən – südəmər körpələri süngüyə keçirən, qocaları ağaca mıxlayan, əsirlərin qulaqlarını, burnunu kəsən – bir qövmün nümayəndəsi deyir.  

...İndi iki yüz il ərzində uydurduqları nağılın sonunda göydən üç alma əvəzinə, başlarına daş düşdüyünə inanmayan separat tör-töküntüsü hələ də çoxdan ötüb-keçən qatarın arxasınca səsləri batana qədər vay-şivən qoparır. Bilirik, beyinlərinə yeridilən fantaziyalardan asanlıqla və tezliklə əl çəkməyəcəklər. Amma Azərbaycan xalqı çörəyi dizinin üstündə olan maskalı riyakarlara, dəbdən düşmüş nağılların əsirinə çevrilənlərə iki yüz ildən sonra da inanmayacaq. Çünki müdriklərimiz “başına gələn başmaqçı olar” deyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri