Icma.az, GlobalInfo saytına istinadən bildirir. Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli qəza bir sıra məsələləri ak
Xüsusilə yük maşınlarının potensial təhlükə olduğu vurğulanır. Hətta bildirilir ki, əksər belə sürücülərin vəsiqəsi yoxdur.
Səsləndirilən fikirlər nə qədər realdır? Yük maşınları ilə bağlı ciddi təhlükə varmı? Biləcəridəki qəzanın əsas səbəbi nədən qaynaqlanır?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, tikinti materialları xarab olmayan məhsullar olduğuna görə bəzi yüklərin dəmir yolu ilə daşınması daha məqsədəuyğundur: “Köhnə Keşlə və Bakı yük stansiyalarının şəhərin mərkəzində yerləşməsi yeni imkanlar yaradır.
Bundan başqa, paytaxtın yarımdairəvi yolunun tamamlanmaması logistika baxımından müəyyən çətinliklərə səbəb olur.
Hazırda logistik mərkəzlər yalnız şəhərin qərb tərəfində yerləşir, bu da daşınmada əlavə fəsadlar doğurur.
Şəhərin şimal, şərq və mərkəz hissələrində də logistik mərkəzlərin yaradılması zəruridir.
Burada həm ərzaq, həm də tikinti materiallarının müəyyən hissəsinin yığılması təmin olunmalıdır.