Icma.az
close
up
RU
Dəhşətli qəza gündəmə gətirdi 3 il əvvəl Bakıda qadağan edilib

Dəhşətli qəza gündəmə gətirdi 3 il əvvəl Bakıda qadağan edilib

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli qəza bir sıra məsələləri aktuallaşdırıb. Xüsusilə yük maşınlarının potensial təhlükə olduğu vurğulanır. Hətta bildirilir ki, əksər belə sürücülərin vəsiqəsi yoxdur.

Səsləndirilən fikirlər nə qədər realdır? Yük maşınları ilə bağlı ciddi təhlükə varmı? Biləcəridəki qəzanın əsas səbəbi nədən qaynaqlanır?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, tikinti materialları xarab olmayan məhsullar olduğuna görə bəzi yüklərin dəmir yolu ilə daşınması daha məqsədəuyğundur:

“Köhnə Keşlə və Bakı yük stansiyalarının şəhərin mərkəzində yerləşməsi yeni imkanlar yaradır. Bundan başqa, paytaxtın yarımdairəvi yolunun tamamlanmaması logistika baxımından müəyyən çətinliklərə səbəb olur. Hazırda logistik mərkəzlər yalnız şəhərin qərb tərəfində yerləşir, bu da daşınmada əlavə fəsadlar doğurur. Şəhərin şimal, şərq və mərkəz hissələrində də logistik mərkəzlərin yaradılması zəruridir. Burada həm ərzaq, həm də tikinti materiallarının müəyyən hissəsinin yığılması təmin olunmalıdır. Həmçinin tonajı 8 tona qədər olan yüklərin daşınması həyata keçirilə bilər.

Qanunvericiliyə əsasən, 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin saat 07:00-dan 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə 06:00-dan 00:00-dək Bakıya girişi və şəhərdaxili hərəkəti qadağan olunub”.

Rauf Ağamirzəyev

Ekspert qeyd edib ki, yüklərin bir çoxunun dəmir yoluna yönləndirilməsi həm təhlükəsizlik, həm də daşımada effektivliyi artırır:

“Yük maşınlarında malların bərabər paylanmasına ciddi nəzarət olunmalı və təhlükəsizlik qaydalarına əməl edilməlidir ki, qəzaların qarşısı alınsın. Həmçinin yük daşımalarına dair qaydaların yenidən nəzərdən keçirilməsi və sürücülərin peşəkarlığı baxımından dünya təcrübəsinin tətbiqi faydalı olardı. Logistik mərkəzlərin yalnız şəhərin qərb tərəfində yığılması hərəkətliliyə mənfi təsir edir. Onlar fərqli nöqtələrdə təşkil olunsaydı, həm yol hərəkətinin intensivliyi balanslaşdırılar, həm də daşımalar daha effektiv həyata keçirilərdi”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri