Icma.az, News24 saytına istinadən bildirir.
Volqoqrad vilayətində məktəbli avtobusu magistral yolda aşıb.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın region üzrə Daxili İşlər Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
“23 yanvar 2025-ci il, saat 14:00 radələrində Volqoqrad-Kotelnikovo-Salsk avtomobil yolunda "PAZ" markalı məktəb avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib", - məlumatda deyilib.
Bildirilib ki, hadisə yerinə regional Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları, mexaniki ekspertlər, Baş İdarənin müstəntiqləri və Rusiya Daxili İşlər Nazirliyinin əməliyyat-istintaq qrupu gəlib.
Ölənlərin olub-olmadığı aydınlaşdırılır.
Faktla bağlı araşdırma davam edir.
Məryəm İlhamqızı