DƏHŞƏTLİ QƏZA: Məktəbli avtobusu aşdı
Icma.az, News24 saytına istinadən bildirir.
Volqoqrad vilayətində məktəbli avtobusu magistral yolda aşıb.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın region üzrə Daxili İşlər Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
“23 yanvar 2025-ci il, saat 14:00 radələrində Volqoqrad-Kotelnikovo-Salsk avtomobil yolunda "PAZ" markalı məktəb avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib", - məlumatda deyilib.
Bildirilib ki, hadisə yerinə regional Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları, mexaniki ekspertlər, Baş İdarənin müstəntiqləri və Rusiya Daxili İşlər Nazirliyinin əməliyyat-istintaq qrupu gəlib.
Ölənlərin olub-olmadığı aydınlaşdırılır.
Faktla bağlı araşdırma davam edir.
Məryəm İlhamqızı

Azərbaycanda məktəbli dəhşətli qəza törətdi Sinif yoldaşı öldü
13 Sentyabr 2025 11:13
Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı qardaş həlak oldu
19 Sentyabr 2025 09:23
Məktəbli qıza qarşı dəhşətli zorakılıq
03 Sentyabr 2025 17:01
Gəncədə DƏHŞƏTLİ QƏTL: məktəbli öldürüldü
08 Oktyabr 2025 13:37
Məktəbli avtobusu yandı
15 Yanvar 2025 20:41

