Dəməşqdən Moskvaya “uçan” tonlarla pul və Bəşərin Kremlə borcu | Icma.az
Icma.az bildirir, Ayna portalına istinadən. Suriyanın devrilmiş Prezidenti Moskvaya 2 ton ağırlığında dollar və avro göndərib?
– Qərb iddia, Rusiya təkzib edir 2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı Moskvaya təyyarə ilə təxminən 250 milyon dollar nağd pul göndərib.
Bu barədə “Financial Times” (FT) məxfi sənədlərə istinadən yazıb.
Bildirilib ki, bu illər ərzində prezident Bəşər Əsəd Suriyada hakimiyyətdə idi və Prezident “hərbi dəstəyə görə Kremlə borclu idi”.
Eyni zamanda, nəşr qeyd edir ki, həmin vaxt Suriyada “kəskin xarici valyuta qıtlığı” yaşanıb.
FT yazır ki, Suriya hakimiyyəti Rusiyaya təxminən 2 ton ağırlığında - 100 dollar və 500 avro nominalında əskinaslar göndərib.
Bu pullar Rusiya banklarında yerləşdirilmək üçün nəzərdə tutulub.
Nəşr “Import Genius” ixrac məlumatları xidmətinə istinadən aydınlıq gətirir ki, 2019-cu il mayın 13-də Suriya Mərkəzi Bankı adından göndərilən 100 dollarlıq əskinasları daşıyan təyyarə Moskvada Vnukovo hava limanına enib.
Tam oxu
Xəbəri oxu